Avstraliyadan Nikolay Baskov və Filipp Kirkorova sanksiya

Yayımlandı: 24 Fevral 2024 16:54

Rusiyanın 55 vətəndaşının ölkəyə girişi qadağan edilib

Avstraliya Xarici İşlər Nazirliyi (XİN) 55 Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Həmçinin 37 şirkətə maliyyə məhdudiyyəti tətbiq edilib.

Bu barədə xarici işlər naziri Penni Vonq məlumat verib.

Sanksiyalar Rusiya qoşunlarının Ukraynaya hərbi müdaxiləsinin ikinci ildönümünə təsadüf edir.

“Yeni sanksiyalar Rusiyanın müvəqqəti nəzarəti altında olan bölgələrdən ukraynalı uşaqların deportasiyasında iştirak edənlərə qarşı yönəlib”, – Avstraliyanın xarici işlər naziri deyib.

Sanksiyalara müğənnilər Filipp Kirkorov, Nikolay Baskov, “Lyube” qrupunun solisti Nikolay Rastorquyev, rus motosiklet klubunun rəhbəri, siyasi fəal və keçmiş həkim Aleksandr Zaldastanov, jurnalistlər Tina Kandelaki, Artyom Şeynin, Oleq Dobroyedov, rejissor, jurnalist, teleaparıcı, siyasətçi Aleksey Pimanov da düşüblər.

Yeni məhdudiyyətlər Rusiyanın müdafiə, energetika, media və dağ-mədən sektorundakı obyektlərə, həmçinin Belarus, İran və Şimali Koreyadakı şirkətlərlə əlaqəli təşkilatlara yönəlib.

Avstraliya Filipp Kirkorov və Nikolay Baskova qarşı sanksiyalar tətbiq edən ikinci Qərb ölkəsidir.

Daha öncə Kanada hakimiyyəti onlara qarşı məhdudiyyətlər tətbiq edib.

Kirkorov həm də Ukraynanın sanksiyaları altındadır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button