AXCP-çi məhbus əməliyyat olunub

AXCP Rəyasət Heyətinin üzvü, siyasi məhbus Məmməd İbrahim gözündən əməliyyat olunub. Əməliyyat Zərifə Əliyeva adına Oftomologiya mərkəzində keçirilib. Hazırda Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılır. Bu barədə azadliq.info-ya məhbusun yaxınları bildirib. “Nəhayət, Mammad Ibrahim əməliyyat edildi. Bugün sağ gözündən saat yarımlıq əməliyyat keçirib. Gözündəki sarğını sabah açacaqlar. Ancaq bir həftə görə bilməyəcək. Həftənin tamamında görməsi düzəlməlidir. Şiddətli ağrıları var.

Bu işdə əməyi keçən, çox əziyyət çəkən Fariz Namazliya atamın və öz adımdan dərin təşəkkürlərimi bildirirəm”,- deyə Məmməd Ibrahimin oğlu Turan İbrahim bildirib.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button