AXCP fəallarının həbs müddəti dekabrın 9-dək uzadılıb

Bu gün Nəsimi Rayon Məhkəməsi AXCP fəalları Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirlinin həbs müddətini dekabrın 9-dək uzadıb.

Onların işlərinə ayrı-ayrılıqda baxılıb. Fəallar özlərini təqsirli saymadıqlarını bildiriblər. Həmçinin DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qeyri-insani rəftara məruz qaldıqlarını deyiblər.

Vəkillər həbs qətimkan tədbirinin müddətinin daha üç ay uzadılmasının əleyhinə olublar.

* Mayın 25-də AXCP fəalları Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli həbs olunublar. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə həbs ediliblər. Həbs olunanlar “çirkli pullar”ın yuyulmasında ittiham olunublar ki, bu da Rusiyadakı azərbaycanlı biznesmenlərdən toplanan vəsaitin AXCP-yə çatdırılmasını nəzərdə tutur.

Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button