AXCP-nin 6 fəalı həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının bu gün keçirilən mitinqin təşkilatçıları olan 6 fəalı – Saqif Qurbanov, Vidadi Guliyev, İsmayıl Həsənov, Baba Suleymanov, Əli İmanxanlı və Ruslan Nəsirlii aprelin 13-də saxlanılaraq məhkəmələr tərəfindən hər biri 15 sutka inzibati həbsə məhkum edilib.

Aprelin 14-də keçirilən mitinqdə AXCP sədri Əli Kərimli fəalların həbsinin siyasi sifariş olduğunu deyib.

“İqtidar mitinqin təşkilatçılarını həbs etməklə askiyada kütləviliyin qarşısını almaq istəyirdi. Amma, buna nail ola bilmədilər”, o qeyd edib.

hazırda AXCP-nin 8 fəalı inzibati qaydada həbsdədir. Daha iki fəal – Orxan Baxışlı və Abdulla Mahmudov müxalifətin martın 31-də keçirilən mitinqindən öncə martın 27-də həbs edilib. Onalrın hər biri 30 sutka inzibati həbsə məhkum edilib.(azadliq.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button