AXCP sədri Əli Kərimli ilə HƏP sədri Əli İnsanovun görüşü maraqla qarşılandı – VİDEO

Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov yenidən gündəmə gəlib. 

Bu ilin oktyabr ayında partiyası qeydiyyata alınan sabiq səhiyyə naziri bu dəfə müxalifət partiyalarının liderləri ilə görüşüb.

Müsavat Partiyasının başqanı Arif Hacılı, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ilə görüşən Ə.İnsanov daha sonra AXCP sədri Əli Kərimli ilə gündəmdə olan bir çox siyasi məsələləri müzakirə edib.

Tanınmış jurnalist Xədicə İsmayıl da fotoya ironik yanaşması ilə fərqlənib. O, “avtobusa minsələr, bundan yaxşı idi” şərhi ilə sözügedən fotonu sosial şəbəkə hesabında paylaşıb.

AXCP sədrinin müavini Seymur Həzi isə tənqidlərə belə cavab verib:
“Hər kəs bizi öz istədiyi kimi görmək istəyir və bu alınmayanda bizi tənqid edirlər. Əsas budur ki, bizi görmək istəyirlər. Bütün xalqı əhatə etmək çox çətindir. Siyasətin belə incəlikləri var. Səmimi tənqid edənlərə eşq olsun. Elə səmimi olmayanlara da”.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button