Rubrikalar: GÜNDƏM SİYASƏT XuralTAC

AXH-də insident: Əhməd Oruc hərəkatdan çıxarıldı, Rahim Qazıyev isə istefa verdi

Hacı Tahir: “Əhməd bəy onun haqqında yanlış informasiya vermişdi”

İki hissəyə ayrılan Azərbaycan Xalq Hərəkatında qanadlardan birinin idarə heyətinin bu günkü iclası barədə mötəbər mənbədən müsavat.com-a bəzi önəmli məlumatlar daxil olub.

Həmin məlumatlarda Azadlıq Partiyasının sədri Əhməd Orucla Mirmahmud Mirəlioğlu arasında yaşanın insidentin birincinin hərəkatdan qovulması ilə nəticələndiyi bildirilir.

Mənbənin verdiyi digər məlumatda sabiq müdafiə naziri Rəhim Qazıyevin AXH-dən istefa verdiyi deyilir. Hər iki məlumatı dəqiqləşdirmək üçün adları çəkilən şəxslərlə əlaqə saxlamağa çalışdıq. Ə.Oruc zəngimizə cavab vermədi. Sabiq müdafiə naziri isə danışmaq istəmədi.

Amma əvəzində hərəkatın idarə heyətinin digər üzvü, İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı məlumatı təsdiqlədi: “Məlumatlar doğrudur. Əhməd Oruc hərəkatdan kənarlaşdırıldı. Rəhim bəy isə istefa verdi. O, hərəkatda irəliləyişin yetərincə olmadığını dedi. Eyni zamanda, hərəkatın idarə heyətində ciddi problemlərin olduğunu söylədi. O da doğrudur ki, əsas narazılıq Əhməd Oruc və Mirmahmud Mirəlioğlu arasında baş verdi. Əhməd bəy onun haqqında yanlış informasiya vermişdi. İdarə heyəti isə qərar verdi ki, əgər Əhməd Orucun dedikləri öz təsdiqini taparsa, ya Mirmahmud Mirəlioğlu, ya da o, hərəkatdan getməlidir. Qapalı iclasda məsələnin müzakirə edilməsi qərara alındı. Əhməd Oruc iclasda dediklərini sübut edə bilmədi. Nəticədə səsvermə ilə o, hərəkatın idarə heyətindən çıxarıldı”.

Cavanşir ABBASLI,
Musavat.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Virtualaz.org “The Guardian” qəzetinin…

1 İyun 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Pompeonun 89 yaşlı atası zəhərlə öldürülüb?-ABŞ-ÇİN savaşında sui-qəsdlər-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 29 may 2020-ci il   İlk gündən bu yana diqqəti ABŞ-la Çin arasında gedən ticarət savaşına,…

31 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Zakir Həsənovdan düşmənə xəbərdarlıq: “Bu dəfəki tədbirlər …tam fərqli olacaq!”

Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyindən virtualaz.org-a …

30 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənovsuz media-nələr dəyişməlidir?

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, Prezidentin köməkçisi Əli Həsənovun vəzifəsindən uzaqlaşdırılmasından 6 aya vaxt ötür. PA-da aparılan…

30 May 2020
Xural.COM