Axşam və gecə şimşək çaxacaq – Hava proqnozu

Sabah Azərbaycanın bəzi bölgələrində axşam və gecə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir

xural.com apa.az-a istinadən xəbər verir ki, iyunun 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan  verilən məlumata görə, gündüz mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bölgələrində hava şəraitinin əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

 Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlıq və dağətəyi rayonlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

 Çimərliklərdə dəniz suyunun temperaturu Sumqayıt, Novxanıda 21-22, Zuğulba, Buzovna 22-23, Türkan və Hövsan 23-24 dərəcə isti olacaq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button