Rubrikalar: DÜNYA XuralTAC

Ayətullahın 97 milyard dolları təhlükədə

Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində hədəfə alınanlar arasında ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyi də var.

Tramp deyib ki, yeni sanksiyalar ABŞ pilotsuz kəşfiyyat təyyarəsinin  vurulması və “digər bir çox şeylərə” cavabdır.

Qeyd edək ki, bu sanksiyalar paketindən əvvəl iki ölkə arasında gərginlik son həftələrdə daha da yüksəlməkdə idi. Keçən həftə İran Körfəzdə ABŞ pilotsuz kəşfiyyat təyyarəsini  vurub salmışdı.

İran xarici işlər naziri Cavad Zərif sanksiyaların imzalanmasından sonra Twitter-də Tramp administrasiyasının “müharibəyə susadığını” yazıb. ABŞ maliyyə naziri Stiven Mnuçin isə  deyib ki, Trampın iranlıların “milyardlarla” dollarlarını bloklayacaq əmri Tehranın keçən həftə körfəzdə ABŞ-ın pilotsuz təyyarəsini vurmasından daha əvvəl hazırlanırdı.

Trampın bildirdiyinə görə, bu dəfə Ayətullah Əli Xameneyinin hədəflənməsinə səbəb, onun “rejimin düşmən davranışına şəxsən məsuliyyət daşıması” olub.

“Sanksiyalar Tehrana təzyiqləri artırmaqda davam edəcək”,- Trump deyib və əlavə edib ki, İran heç zaman nüvə silahına sahib ola bilməyəcək.

BBC müxbiri Barbara Usher-Plett yazır ki, Ayətullah Əli Xameneyiyə sanksiya qoyulması əhəmiyyətlidir. “O, İranın ali dini Lideridir, İran siyasəti və hərbiyyəsində son söz ona məxsusdur və onun çox böyük iqtisadi gücü var. “Setad” kimi tanınan təşkilatı idarə edən Xameneyi təqribən 95 milyard dollarlıq maliyyəsi ilə biznesə daxil olub.

“Setad” bundan əvvəl də ABŞ sanksiyaları altında idi, lakin Prezident Tramp daha da irəli getdi, Ayətullahla  bağlı olan hamını – ehtimal ki, şirkət şuralarında oturanları, yaxud onun çoxsaylı “kölgə hökuməti”ni hədəflədi.

Belə ki, ABŞ administrasiyası artıq mövcud olan nəhəng neft və maliyyə sanksiyaları ilə təzyiqi daha da sərtləşdirir və Tehranın nəticə etibarilə təslim olmaq və danışıqları qəbul etməsini gözləyir.

ABŞ tələb edir ki, İran öz nüvə proqramını və raket istehsalını cilovlasın və tərəfdaş ərəb qiyamçılarına dəstəyi dayandırsın.

Paylaş:

Share

Son Əlavələr

Mehman Əliyev: “KİVDF ləğv olunmalıdır”

“AzPolitika.info” Turan İnformasiya Agentliyinin direktoru, siyasi təhlilçi Mehman Əliyevlə müsahibəni təqdim edir: - Mehman bəy, hakimiyyətin ciddi islahatlara gedəcəyinə ən…

17 İyul 2019 2:53 səhər

Rəsmi Bakıdan “Keşikçi dağ”dakı hadisəyə sərt reaksiya: “Bu cinayəti törədənlər cəzalandırılmalıdır”

Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov Gürcüstanda bir qrup şəxs tərəfindən Azərbaycan sərhədçilərinə…

17 İyul 2019 2:47 səhər

Əvəz Zeynallıdan Kanal13-ə sensasion müsahibə: “O qədər qudurublar ki…”-VİDEO

  "MÜZAKİRƏ SAATI"-nın qonağı tanınmış jurnalist, "Xural.com"saytının baş redaktoru Əvəz Zeynallıdır. Əvəz bəylə ölkə gündəmini müzakirə etdik. Gündəmi zəbt etmiş…

16 İyul 2019 3:06 səhər

“Meqafon” Azərbaycan xalqından rəsmi şəkildə üzr istədi

Rusiyanın "Meqafon" şirkəti Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib. "Report" xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidmətinin…

16 İyul 2019 2:52 səhər

Xural TV-nin “Siyasət meydanı”nda Pənah Hüseyndir-VİDEO

Əvəz Zeynallının moderatorluğunda Xural TV-nin “Siyasət meydanı” layihəsində bu gün qonağımız Elçibəy hökumətinin Baş Naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah…

16 İyul 2019 2:46 səhər

Mirşahin “Qaynar Qazan”da: “İlham Əliyev dövlətdir”-VİDEO

Real TV-nin rəhbəri Mirşahin Ağayev "Qaynar Qazan"da... Əvəz Zeynallının təqdimatında “Qaynar Qazan”ın 54-cü qonağı REAL TV-nin rəhbəri Mirşahin Ağayevdir. Mirşahinlə…

16 İyul 2019 2:38 səhər
Xural.COM