Ay Ziya müəllim

Babalıq

Ay Ziya müəllim, nə yorursan çənə?

Bir belə dur, muştuluğum var sənə.

 

Ehtimalım var, çatacaqsan nəfə,

Donluğunuz artacaq üç-dörd dəfə,

Bir həqiqətdir bu, deyil fəlsəfə,

Bir neçə təklif masa üstündədir

Sən hacısan, amma xəbər məndədir.

 

Varsa da dərslərdə limit söhbəti,

Sən narahat olma bu işdən qəti,

Dövlətimiz göstərəcək şəfqəti,

Bir əvəzi üç qat alarsan maaş

Arxı keçər, “hopp” eləyərsən, qaqaş.

 

Bəxt açılıb, məmur olursan, deyir,

Aydın olar sonda: ziyandır, xeyir?

Mən demirəm get yeməmişdən gəyir,

Sadəcə çox çəkməginən əndişə

Səbr elə, sinnin çata altmış beşə.

 

İşdi əgər çatsa yaşın normaya,

Sən də düşərsən qəlibə, formaya,

Çox da fikir vermə tək asqırmaya,

Üç-beş ilə bəlkə çatar pensiya

Bəlkə çatar, bəlkə batar pensiya.

 

Ax, bu ərəblər aləmi qatdılar,

Bizdə bunu çox əla fırlatdılar,

Düz dedilər, ya bizi oynatdılar?

Məncə, yeməkdənsə, ümıd yaxşıdır

Bir bu deyil, hər şeyimiz saxsıdır.

 

Ay Ziya, vallah, Babalıq bərk çaşıb,

Bəs, kişi tərsməzhəb olub, söz qoşub,

Səbri bunun harda, haçandan daşıb?

Get deginən, yonca bitər ölməsin

Hər sözü vəd, hər vədi düz bilməsin!

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button