Ayaz Mütəllibov elə ağladı ki…-FOTO&VİDEO

Dünən Azərbaycan Respublikasının 1-ci prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova haqqın dərgahına qovuşdu. Onu son mənzilə yaxınları və ictimaiyyət nümayəndələri Təzə Pir məscidinin “Vida zalı”ndan yola salıblar. Xural.com-un mərasimdə olan əməkdaşının müşahidələrinə görə, istər hakimiyyət, istərsə də müxalifət cəbhəsindən mərasimə qatılanların sayı o qədər də çox olmayıb. Birinci vitse-prezident Mehriban Əliyeva mərasimə gül çələngi göndərib. Ölkənin tanınmış adamlarından millət vəkili Vahid Əhmədov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Reaksiya TV-nin redaktoru Zaur Qəriboğlu və Xural TV-nin redaktoru Əvəz Zeynallı mərasimdə iştirak ediblər. Ayaz Mütəllibovun alovlu tərəfdarları, xüsusilə, Hacı Əbdül, Əflan İbrahimov kimi adamlar tədbirə gələn adamların sırasında olmayıblar. Bir neçə il bundan əvvəl, Ayaz Mütəllibovun Moskvada yaşayan oğlunun yasına gələn müxalifət liderləri – Müsavat partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də qonaqlar sırasında gözə dəyməyiblər.

1-ci prezident Ayaz Mütəllibovun son dərəcə kədərli və bitkin olduğu müşahidə olunub. Prezident hətta həyat yoldaşı Ədilə Mütəllibovanın cənazəsinin başında vidalaşarkən özünü saxlaya bilməyərək hönkür-hönkür ağlayıb. Xural.com-un əməkdaşı Ayaz Mütəllibovun bu kədərli anını videonun yaddaşına köçürə bilib.

Allah rəhmət eləsin!

 

 

 

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button