Rubrikalar: GÜNDƏM XuralTAC

Ayaz Mütəllibov: “Ramiz Mehdiyev öz əməlləri ilə digər vəzifə sahibləri üçün də nümunə olmalı idi…”

“Amma təəssüf… Çünki söhbət yalnız hakimiyyətin deyil, bütövlükdə dövlətin nüfuzundan gedir…”
Son günlər  ölkə mətbuatında, sosial şəbəkələrdə  Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda isə AMEA-nın prezidenti vəzifəsində çalışan akademik Ramiz Mehdiyevin ünvanına kəskin ittihamlar səngimir.
Hələ sovet dövründən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin fəallarından biri olmuş R.Mehdiyevin siyasi fəaliyyəti, şəxsiyyəti barədə məlumatlı olan respublikamızın 1-ci Prezidenti Ayaz Mütəllibov moderator.az-a açıqlamasında müstəqil dövlət aparatında ən mühum vəzifələrdən birini tutmuş şəxs haqda mənfi fikirlər səslənməsindən təəssüf hissi keçirdiyini ifadə edib.
“Təbii ki, ölkəmiz, dövlətimiz üçün ürəkaçan hal deyil. Öncə onu deyim ki, Ramiz Mehdiyev Heydər Əliyevə də, İlham Əliyevə də, eləcə də xalqa minnətdar olmalıdır ki, uzun illər bu cür bir yüksək vəzifədə çalışıb. Təxminən 25 il ərzində, iki Prezident dövründə dövlətdə ən yüksək etimada malik vəzifələrdən birini tutmuş R.Mehdiyevin  siyasi fəaliyyəti haqqında bu gün xoşagəlməz fikirlər səsləndirilməsi gözlənilməz və çox təəssüfləndiricidir. Halbuki, o, fəaliyyəti və əməlləri ilə özünün iddia etdiyi kimi, sədaqətlə xidmət etdiyi hakimiyyətdəki digər vəzifə sahibləri üçün də nümunə olmalı, xalq və dövlət naminə sidqi-ürəkdən çalışmalı idi. Amma Ramiz Mehdiyev tərəfindən belə yüksək etimadın doğrulmamasından bəhs edən bu cür ictimai motivasiya çox təəssüf doğurur. Çünki söhbət yalnız hakimiyyətin nüfuzundan deyil, bütövlükdə dövlətin nüfuzundan gedir…” – deyə sabiq dövlət başçısı bildirib.
Paylaş:

This post was last modified on 10 İyul 2020 2:01 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Marqarita Simonyan: “Ulu nənəm Paşinyanın gözlərinə tüpürərdi”

Məşhur rusiyalı jurnalist, Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan bugünkü Ermənistan hökumətinin ünvanına ardıcıl tənqidlərlə çıxış etməkdə davam edir.…

4 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Yol polisi 688 nəfəri inzibati məsuliyyətə cəlb etdi

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy,…

4 Avqust 2020
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Polkovnik Ehsan Zahidov: “Fuad Qəhrəmanlı BMCMİ-yə gətirilməyib”

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Fuad Qəhrəmanlı və Seymur Əhmədov ad və soyadlı şəxslərin işgəncələrə məruz qalması ilə bağlı iddialara…

4 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Şəhid generalımız haqda kitab çıxdı – Pulsuzdur

Ermənistanla sərhəddə, Tovuz istiqamətində ötən ay baş verən döyüşlərdə şəhid olan general Polad Həşimov haqqında kitab dərc olunub. Kult.az xəbər verir…

3 Avqust 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı ilə İstanbul söhbətləri-4#KINALIADA-VİDEO

Xural TV-nin rəhbəri Əvəz Zeynallının "İstanbul söhbətləri" davam edir. Bu dəfə 4-cü - Xınalıada bölümünü xural.com olaraq Oxucularımızın diqqətinə təqdim…

3 Avqust 2020
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Rayonlara gediş-gəliş qadağası ilə bağlı QƏRAR verildi

31 avqustadək  ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla) davam edəcək.…

3 Avqust 2020
Xural.COM