Rubrikalar: GÜNDƏM XuralTAC

Ayaz Mütəllibov: “Sevinc Osmanqızı atasının adına xələl gətirir”

“Onun bu gün təbliğ etdiyi siyasi qüvvələr vaxtilə atası Osman Mirzəyevin təmsil olunduğu iqtidara qarşı çıxıblar”

“Əgər Sevinc Osmanqızının atası rəhmətlik Osman Mirzəyev bu gün sağ olsaydı, qızının hərəkətlərinə əsla haqq qazandırmazdı, onu dəstəkləməzdi”.

Xural.com xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Azərbaycanın sabiq Prezidenti Ayaz Mütəllibov bildirib.

A.Mütəllibov Sevinc Osmanqızını siyasi oyunlara qoşulduğuna görə qınayıb:

“Rəhmətlik Osman Mirzəyev çox alicənab və Vətənini sevən insan idi. O, çox ehtiyatlı adam olub. Mən onu hər zaman yaxşı şəxsiyyət kimi qəbul etmişəm. Bu gün də belə qəbul edirəm. Ona görə də inanmıram ki, bu gün mərhum Osman Mirzəyev sağ olsaydı, qızının hərəkətlərinə əsla dəstək verməzdi. Əksinə, onu bu yoldan çəkindirməyə çalışardı. Bilmirəm ki, bu, onun şəxsi incikliyinin və yaxud nəyinsə nəticəsidir. Amma Sevinc Osmanqızı bu cür hərəkətləri ilə atasının adına xələl gətirir. Bunu belə düşünmək olar. Zənnimcə, onun siyasi söhbətlərə qoşulması düzgün deyil”.

Sabiq Prezident qeyd edib ki, indi Sevinc Osmanqızının təbliğ etdiyi siyasi qüvvələr vaxtilə mərhum Osman Mirzəyevin təmsil olunduğu iqtidara qarşı çıxmış şəxslər olublar:

“Rəhmətlik Osman Mirzəyev mənim komandamın sadiq üzvlərindən biri olub. Mən onun təcrübəsinə hər zaman yüksək qiymət vermişəm. Əminəm ki, rəhmətlik Osman Mirzəyev bu gün yaşasaydı, yenə dəyişməyəcəkdi. Rəhmətlik yerini bilən və Azərbaycanın müstəqilliyi uğrunda çalışan ziyalı insan idi. Bu cür şəxslər isə adətən iqtidaryönümlü olurlar. Osman Mirzəyev Prezident Administrasiyasında da işləyib. Əgər iqtidarı istəməsəydi, Prezident Administrasiyasında işləməzdi. Mən Sevinc Osmanqızına Azərbaycana münasibətdə ehtiyatlı olmağı tövsiyə edirəm. Çünki Azərbaycana qarşı olan xarici qüvvələr fəaliyyətdədir. Xoşagəlməz hadisələr baş verir. Hər bir azərbaycanlı, o cümlədən Sevinc Osmanqızı yaxşı-yaxşı düşünməlidir, ehtiyatlı olmalıdır, onun hərəkətləri Azərbaycana ziyan vura bilər. Şübhəsiz ki, bu cür adamlardan istifadə etməyə çalışan qüvvələr də var. Onlara alət olmamalıdır”.

Paylaş:

Son Əlavələr

  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Çinin maliyyə bazarında sunami: ABŞ-ın təhdidləri sözdən əmələ keçə bilərmi?

Vladimir Skosırev “Nezavisimaya qazeta”, 02.06.2020   Çin hökuməti ABŞ-ın SWIFT və maliyyə qurumlarına etibarlı mühitdə əməliyyat məlumatı göndərməyə və almağa…

5 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Rahim Qazıyev “Siyasət meydanı”nda: “27 ildən sonra 4 İyun hadisələrinə baxış: çevriliş, yoxsa qiyam?”

04 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Adil Qeybulla “Siyasət meydanı”nda: “Koronavirus niyə qayıtdı – tədbirlər yetərsizmi oldu?”-VİDEO

4 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
Xural.COM