Ayaz Mütəllibov Fərman Dəmirqola cavab verdi

Eks-prezident Ayaz Mütəllibov 1995-ci ilin mart qiyamı zamanı OMON-un komandiri Rövşən Cavadova dəstək verməsi barədə o zaman bu hadisələrdə iştirak etmiş Fərman Dəmirkolun dediklərini təkzib edib.

Azpost.info bildirir ki, bu barədə A.Mütəllibovun mətbuat xidmətinin rəhbəri Qulu Həsənoğlu “Qaynar Qazan”ın layhəsinin müəllifi, jurnalist Əvəz Zeynallıya açıqlamasında vurğulayıb.

Ayaz Mütəllibov açıqlamasında bəyan edir ki, o, Rövşən Cavadovla sonuncu dəfə 1992-ci ilin may ayının 15-də axşama doğru özünün iş otağında – prezidentin kabinetində görüşüb. Rövşən Cavadov onu  dəstəkləmədiyini, qarşı cəbhəni müdafiə etdiyini bildirb. Hətta Ayaz Mütəllibovu hakimiyyətdən getməsi üçün təhdid edib.

Ayaz Mütəllibov bildirib ki, Rövşən Cavadov o dövrün ən güclü adamlarından biri idi və OMON-un başında dururdu: “Halbuki, Rövşən Cavadovu Tamerlan Qarayevin təqdimatı ilə bu vəzifəyə mən təyin emişdim”– deyə eks-prezident media üçün göndərdiyi açıqlamasında qeyd edib.

Xatırladaq ki, “Qaynar Qazan” canlı efirində 1995-ci ilin mart qiyamının əsas fiqurlarından sayılan Türkiyə vətəndaşı Fərman Dəmirkolun müsahibəsi gedib. O, mart qiyamı zamanı Ayaz Mütəllibovun Rövşən Cavadova dəstək və çevriliş nəticəsində yaradılması nəzərdə tutulan Dövlət Şurasına üzv olmağa razılıq verdiyini açıqlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button