Ayaz Mütəllibov İlham Əliyevə müraciət etdi: “Foyemi əlimdən alırlar!”

Bakıda milli qanunvericiliyin daha bir misli görünməmiş pozuntusu halı baş verib. Hər şeydən əlavə, hətta mənzil qanunvericiliyi baxımından belə baş vermiş hadisə misilsizdir.

Virtualaz.org-a məlum olub ki, bu yaxınlarda Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov ölkə rəhbərliyinə, ələlxüsus Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, hadisəyə müdaxilə etməyi və bəzi dövlət orqanlarının qanunsuz hərəkətlərinin qarşısını almağı xahiş edib. Ayaz Mütəllibov Qurban Xəlilov, 5 ünvanındakı evdə yaşayır. Bu, N.Nərimanovun heykəlinin yaxınlığında tikilmiş ilk hündürmərtəbəli yaşayış evlərindən biridir. Vergi cinayətləri törətdikdən sonra ölkədən qaçmış şirkət rəhbəri bəzi məmurlarla əlbir olaraq, onların köməyi ilə çoxmərtəbəli yaşayış evinin foyesini özəlləşdirib və indi onu… satmaq istəyir. Tarix boyunca görünməmiş hadisədir.

Ayaz Mütəllibov

Bu qalmaqallı işin təfərrüatları barədə əmin evin başqa sakini – məşhur jurnalist, contact.az informasiya saytının rəhbəri Şahin Hacıyev danışır.

Virtualaz.org Ş.Hacıyevin kiçik araşdırmasını oxucularının diqqətinə çatdırır:

“Daşınmaz əmlakın sahibi Türkiyə vətəndaşlarına məxsus Tapet şirkəti idi.

Şirkət Bakıda yanacaqdoldurma məntəqələri açır, torpaq sahələri əldə edirdi və hətta kiçik armatur istehsalı zavodu tikmişdi.

Amma bir mərhələdə işlər tərs getdi: yanacaqdoldurma məntəqələri satıldı, zavod başqa sahibə verildi, daşınmaz əmlak banklara girov qoyuldu.

Şahin Hacıyev

Tezliklə şirkət faktiki olaraq müflis oldu, girov qoyulmuş əmlakı, o cümlədən həmin yaşayış binasındakı 14 mənzili banklar aldı.

Tapet-in sahibləri sata bildikləri hər şeyi satdılar və ölkəni tərk etdilər. Amma Vergilər Nazirliyi şirkətə qarşı 800 min manatlıq iddia irəli sürdü və nazirlik işçiləri dəfələrlə yaşayış binasına gələrək, borcluları axtardı, çünki firmanın hüquqi ünvanı evdəki mənzillərin birində qeydiyyatda idi.

Beş ildir ki, binanın istismarı üzrə bütün qayğılar sakinlərin öz çiyinlərinə düşür. Bu, Tapet-in bu öhdəlikləri yerinə yetirməkdən imtina etdikdən sonra baş verib.

Bütün məsələləri özləri həll etməli olacaqlarını başa düşən sakinlər Mənzil Mülkiyyətləri Müştərək Cəmiyyətini (MMMC) qurublar.

Ölkənin Mənzil Məcəlləsi sakinlərə birbaşa sakinlərin bu cür qurumlar və formalaşdırmağı öz təsərrüfatlarını idarə etməyi tövsiyə edir. Bu qurum sakinlərə qeyri-yaşayış yerlərinə və binaya bitişik ərazilərə sahib olmaq və onları idarə etmək üçün tam hüquq verir.

Bununla belə, keçmiş sakinlər üç il ərzində dəfələrlə müxtəlif işbazları binaya göndərərək, binanın birinci qeyri-yaşayış mərtəbəsinin (foyesinin) ələ keçirilməsini rəsmiləşdirməyə çalışıb, amma hər dəfə onlar sakinlərin müqaviməti ilə qarşılaşıb.

Bu vəziyyətdə şirkətin keçmiş sahibləri ictimai mülkiyyətin ələ keçirilməsi qanuniləşdirməyin və bir qədər pul qazanmağın “orijinal” yolunu tapıblar.

Onlar Cənubi Afrika Respublikasında gizlənərək, bir qadına şifahi etibarnamə (!) verirlər, o da öz növbəsində Tapet-in keçmiş sürücüsünə etibarnamə verir.

Beləliklə, bu sürücü bir ay əvvəl binaya gəlib və sakinlərə deyib ki, foyeni satmaq niyyətindədir, amma sakinlərə “hörmət” etmək istəyir. Bu hörmətin nədən ibarət olacağı haqqında suala cavabda sürücü-makler deyib ki, foyeni 100 min manata sakinlərin özlərinə satmağa hazırdır (!).

Yaşayış binasının fiyesinin ümumi istifadəyə aid olan digər məkanlar kimi (pilləkənlər, şaxtalar, binaya bitişik dayanacaq, uşaq meydançası və s.), qanunvericiliyə əsasən, sakinlərin ortaq mülkiyyəti olduğu və onların razılığı olmadan kiməsə satıla və ya verilə bilməyəcəyi barədə etirazlara cavab olaraq sürücü-makler “dəmir” arqumentini – 2016-cı ildə Əmlak Nazirliyinin Dövlət Reyestri tərəfindən Tapet-in adına verilmiş qəbalə kağızını göstərib.

Sakinlərin bunun Azərbaycan Mənzil Məcəlləsinin 35-ci maddəsinə zidd olduğu barədə etirazlarının özünü Tapet-in qanuni nümayəndəsi adlandıran maklerə heç bir təsiri olmayıb.

Sakinlərə təzyiq və şantaj bir neçə həftə davam edib: hər gün “alıcılar” və onların nümayəndələri gəlib. Alıcılar arasında polis generallarının, Yasamal rayonu notariusunun, restoran sahibinin və nüfuzlu binada 189 kv. metrlik meydana göz qoymuş digər məmurların adları çəkilib.

Sakinlərin boş oturduğunu demək olmaz. Hələ 2016-cı ildə ölkənin Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müvafiq müraciət göndərilib. Oradan ərizə şəhər prokurorluğuna, oradan isə rayon prokurorluğuna göndərilib. Rayon prokuroruna sakinlərin məhkəməyə müraciət etməsi haqqında cavab gəlib.

Amma prokurorluq müflis olmuş firmanın yaşayış binasının foyesini necə və hansı əsaslarla özəlləşdirə bilməsi haqqında suala heç bir maraq göstərməyiblər.

Dövlət reyestrindən də analoji cavab gəlib, onlar foyeni kimin, nə vaxt və hansı əsaslarla özəlləşdirdiyini bildirməkdən imtina ediblər. Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı Ərazi İdarəsinin rəis müavini Zəfər Əbdülov vəkilin sorğusuna göndərdiyi cavabda binadakı qeyri-yaşayış yerlərinin özəlləşdirilb-özəlləşdirilmədiyini bildirməkdən imtina edib.

(maraqlıdır ki, təxminən elə həmin vaxt Dövlət Reyestri Tapet-in adına foyenin qəbalə kağızını verib!)

Bu yaxınlarda sakinlərin rayon polisinə müraciəti isə gülməli şəkildə davam edib. Əvvəlcə sahə polisi sakinlərin həqiqətən foyelərini satmaq istəyənlərin özbaşınalığından şikayət edib-etmədiyini təsdiq etməyi xahiş edib. Amma sonradan elə həmin sahə polisi maklerlə birlikdə binaya gəlib və onun əlində qəbalə kağızı olduğunu və əməllərində qanunsuz heç nə olmadığını bildirib…

Korrupsiya və rüşvət vasitəsilə bir çox məsələlərin həll edilməsinin mümkün olması heç kimi təəccübləndirməz.

Amma əmlak komitəsinin işçilərindən nə düşündüklərini və 2016-cı ildə ictimai mülkiyyətə qəbaləni hansı əsasla verdiklərini soruşmaq çox maraqlı olardı. Bəlkə onlar Mənzil Məcəlləsinin mövcudluğundan xəbərsizdirlər? Vəziyyətlə yerində tanış olmadan, ictimai mülkiyyətin digər sakinlərinin fikrini soruşmadan və onların razılığını almadan necə qəbalə kağızı verə bilərdilər?”

Virtualaz.org bu qalmaqallı işi nəzarətə götürür və bu qanunsuzluğun necə baş veridiyini araşdıracaq.

Virtualaz.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button