AYB Fuad Abbasovla bağlı bəyanat verdi: “…yolverilməz haldır”

Azərbaycan Yazıçılar Birliyi Rusiyada yaşayan tanınmış jurnalist Fuad Abbasovun son zamanlar üzləşdiyi təzyiqlərdən, barəsində çıxarılan və baş tutmayan deportasiya qərarından, həmçinin son günlər Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından ciddi narahatlıq duyduğunu bəyan edib. 

AYB-nin bu barədə yaydığı bəyanatda deyilir:

“Jurnalist Fuad Abbasov Azərbaycan xalqının haqq səsinin, Qarabağ münaqişəsilə bağlı həqiqətlərin Rusiya ictimaiyyətinə, ümumən rusdilli məkana çatdırılması yolunda mühüm xidmətlər göstərib.

Eyni zamanda onun fəaliyyəti Azərbaycan və Rusiya ictimaiyyəti arasındakı münasibətlərin daha sağlam və səmərəli zəmində qurulmasına yönəlib.

Bu məramlar naminə göstərdiyi  fəaliyyəti, tutduğu obyektiv mövqeyi nəzərə alınmaqla F.Abbasovun hər hansı şəkildə təqib və təzyiqlərə məruz qalması yolverilməz haldır, insan haqları, fikir və söz azadlığı prinsiplərinə ziddir”.

Bəyanatda Azərbaycan Yazıçılar Birliyi müvafiq dövlət qurumlarını, diaspor təşkilatlarını vətənpərvər jurnalist soydaşımızı daha fəal və təsirli çəkildə dəstəkləməyə, Rusiya hüquq-mühafizə orqanlarını isə Fuad Abbasovla bağlı məsələni tezliklə və ədalətli şəkildə həll etməyə çağırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button