Aydın Əliyev siqaretin azalmasına aydınlıq gətirdi

????????????????????????????????????
Aydın Əliyev

Son aylar Azərbaycanda yaranan siqaret qıtlığına Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev  aydınlıq gətirib:

“Siqaret qıtlığının yarnamasının bir neçə səbəbi var. Onlardan birini onda görürük ki, kommersiya məqsədləri üçün nəzərdə tutlmayan 3 bloka qədər siqaretlərin Azərbaycana gətirilməsi yolu ilə kommersiya məqsədləri üçün vətəndaşların istifadəsi. Gün ərzində dəfələrlə bilirsiniz ki, Gürcüstanla, Rusiya ilə bizim sərhəddimiz şəffafdır. Viza rejimi tətbiq olunmur, eyni zamandaİran İslam Respublikası ilə də viza rejimi tətbiq olunmur. Təəssüf ki, kommersiya məqsədi üçün nəzərdə tutulmayan hüquqdan kommersiya məqsədlərilə istifadə edirlər. Bununla da Azərbaycanın həm siqaret bazarına, həm də dövlət büdcəsinə ziyan vurular”.

Qeyd edək ki, son iki ay ərzində Azərbaycana siqaret idxalı 6 dəfə azalıb. Son günlər Bakıdakı dükanlarda bəzi siqaret növlərinin qıtlığı müşahidə olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button