Aydın Əliyev vəzifədən getməsindən danışdı: “Düzgün qərardır”

Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev vəzifəsindən azad olunmasından danışıb.
BakuPost-un xəbərinə görə, o, Unikal.org-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin kimisə vəzifədən azad etməsi ilə bağlı qərarı müzakirə olunmur:
“Cənab Prezident İlham Əliyevin verdiyi əmr və qərarlar müzakirə olunmur. Ölkə başçısının barəmdə verdiyi sərəncamını da düzgün hesab edirəm, çünki həyat da bunu göstərir. Uzun illərdir, Dövlət Gömrük Komitəsində çalışmışam. Hər zaman cənab prezident zəhmətimizə yüksək qiymət verib. Ölkə başçısının apardığı kadr islahatları tamamilə düzgündür. Azərbaycanının daha da inkişafı üçün yeni qüvvələr lazımdır. Hesab edirəm ki, cənab Prezident tamamilə düzgün qərar qəbul edib”.
Bundan sonra hansı işlə məşğul olmasına gəlincə, Aydın Əliyev “Hələ bilmirəm və bunu gələcək göstərəcək. Bir müddət istirahətimə üstünlük verəcəm” – deyə cavab verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button