Aydın Canıyev “NeoQrand” ədəbi təşkilatını təsis edib

“Dünya ədəbi mühitinə inteqrasiya ali məqsədimizdir”…

Yeri-yurdu son illər bilinməyən, gah Lənkərandan, gah Moskvadan, arada da Bakıdan, Tovuzdan sorağı gələn Aydın Canıyev bu günlərdə “YENİDƏN VƏ BİR DAHA” ən yaxşı yazılarının yayımlandığı “Xural”a üz tutdu – ola bilməzdi ki, adam tükənsin və deməyə sözü olmasın, nəsə sözü olduğu halda da, iriçaplı layihələrini daha harada reallaşdırasıydı ki? “Xural”dan başqa yerimi vardı?..

Oxucularımızın “Aydın Canıyev” kontingentini eyni zamanda iki faktla sevindirmək istəyirik.

Birincisi, “başımızın bəlası” bu dəfə Moskvanı yox, Lənkəranı seçib məskunlaşmağa – bu isə ən azından o deməkdi ki, Aydın Canıyev HƏM DƏ “Xural”ın Lənkəran bürosunun rəhbəridir – Astara, Yardımlı, Masallı, Lerik və Lənkəran rayonlarının sakinləri öz yaşamlarıyla onun bənzərsiz əyalət reportajlarında, bədii-publisistik yazılarında tanış olacaq.

Həmişə yazılarında bədii təfəkkürüylə seçilən qələm dostumuzun yaradıcılıq və yön baxımından son dönəmlərdə daha çox ədəbi portretlər işləməsi, müsahibələr alması, tənqidi məqalələr yayımlaması da diqqətimizdən yayınmayıb. Siyasi konyunkturayla bağlı susqunluğunun, ədəbi cəbhəyə “məxməri keçid”inin də səbəbini aydınlaşdırmışıq: “NeoQrand” beynəlxalq ədəbi təşkilatın təsisiylə başı qarışıbmış: “Biləcəridən o yana artıq baş qaxıncına dönüb. Amma Azərbaycanda o qədər istedadlı gənclər var ki, buradakıların əsərlərini oxuyub ağzının suyunu axıtdıqları isimləri dənizdən susuz qaytarar. Bu istiqamətdə səmərəli addımlar atılmasının məqamı olduğunu nəzərə alıb, belə bir təşkilatı təsis etməyi qərarlaşdırdım – silahdaşların çox olacağına əminəm. Təsisçilər sırasında tanınmış imza təkcə mən olmayacam. O birilər, məndən fərqli olaraq, həm də sevimli isimlərdir. Ali məqsəd isə dünya ədəbi mühitinə inteqrasiyadır. İlkin olaraq, nüfuzlu qəzetlərin birində “Orfem” əlavəsiylə təqdimatlar olacaq. Sonralar bu adda türk, rus və ingilis dillərində rüblük almanax nəşr edəcəyik. Əminliklə deyim ki, yarımçıqlıq olmayacaq. Azərbaycanın ən layiqliləri özlərinin təmənnasız təbliği ilə məşğul olmağımıza şahid olacaqlar”.

Belə… Görək nolur?!

Həmişə inandığımız Aydın Canıyevdi də…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Men xaish etmek isteyirdim bu cenaba catdirin ki imkan varsa zamin hacidan el ceksin.ele ucuz behanelerle kishinin ustune hucum cekir ki paxilliq torbadan cgorunmur cixib dushur uje.xalq onu da taniyir Zamin Hacini da.kimi oxumaq meslehetdirse onu daoxuyur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button