Aydın Kərimovla Azay Quliyevin arası dəyib

DDŞ sədri ilə tanınmış vəkili nə ayırıb? XuralTAC-a daxil olan məlumata görə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının

Aydın Kərimov

sədriAzay Quliyevlə bu qurumun önəmli ekspertlərindən biri olan Aydın Kərimovun münasibətləri kəskinləşib. Buna səbəb Aydın Kərimovun QHT-lərinin əvvəlkilər kimi qrant müsabiqələrində qalib olmamaları olub. Azay Quliyev artıq onun QHT-lərinə xor baxmağa başlayıb. Aydın Kərimov həm Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, həm də Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ekspertlərindən biri olub. Belə demək mümkünsə, onun bu iki qurumda kəsdiyi başın sorğu-sualı olmayıb. Bu, həmin Aydın Kərimovdur ki, Azay Quliyevin DDŞ-sində az qala şikayətçiləri döyür, Vüqar Səfərlinin KİVDF-sində isə onun vəkili rolunda çıxış edirdi. İndi də edir…

Aydın Kərimov həm layihələri yazır, həm yoxlayır, həm qiymətləndirir, həm də ekspertlik edir. Bu «qabiliyyətləri» ilə onun hər müsabiqədə onlarla QHT-si yüksək məbləğdə qrant layihələri qazanır.

Xatırladaq ki, Aydın Kərimov Əbülfəz Elçibəyin dövründə Ədliyyə nazirinin müavini vəzifəsində işləyib. Elçibəydən sonra Heydər Əliyev zəmanəsi ilə də yaxşı dil tapan tanınmış hüquqşünas yuxarıda adını sadaladığımız qurumların vazkeçilməz adamlarından biri olub. Görünür, onun bu məziyyətləri artıq Azay Quliyevi qane etmir və deputat onunla üzülüşmək qərarına gəlib. Azay Quliyev belə addımları atmaqda peşəkardır. Ona lazım olan iş bitdimi, hər şey bitdi…

Məsələylə bağlı Azay Quliyevin və Aydın Kərimovun münasibətlərini öyrənməyə çalışdıq. Aydın Kərimov cavab vermədi. Azay Quliyevin telefonunu isə sürücüsü götürdü və deputatın ölkədə olmadığını bildirdi. Cəmi bir neçə dəqiqədən sonra bizə məlum oldu ki, hörmətli deputat ölkəmizin sərhədləri daxilindədir.

 

XuralTAC

 

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button