Rubrikalar: CƏMİYYƏT XuralTAC

Aydın Şükür də sənəd yaydı-TARİXİ FAKT

Tarixdən bir yarpaq…

Tanınmış hərəkatçılardan Aydın Şükür özünün facebook statusunda 08 iyun 1993-cü ildə AXC Qubadlı, Zəngilan, Cəbrayıl və Fizuli rayonlarının bəyanatlarını dərc edib. Xural.com “Bərgüşad” qəzetində dərc olunan bəyanatı təqdim edir:

AXC Qubadlı,Zəngilan,Cəbrayıl,Fizuli
Zona əlaqələndirmə komitəsi nümayəndələri ilə birgə,
AXC Qubadlı RŞ-i müşavirəsinin

B Ə Y A N A T I

Son günlər Azərbaycan Respublikasının Gəncə şəhərində baş vermiş hadisələr bir daha sübut edir ki, hələ də imperiya siyasətinin sadiq qulları dövlətçiliyimizə arxadan zərbə vuraraq öz mənfur niyyətlərindən əl çəkmək istəmirlər.
Bu cinayətkar ünsürlərin Gəncə şəhərində törətdiyi qardaş qırğını bizi son dərəcədə hiddətləndirmiş və dövlətçiliyimizə xələl gətirən hər hansı hərəkətə qarşı amansızlaşdıraraq səbrimizi son həddə çatdırmışdır.
Müstəqil Azərbaycan dövlətinin son vaxtlar dünya dövlətləri arasında qazandığı çox böyük nüfuz, Azərbaycan və ermənistan respublikaları arasında yaranmış münaqişənin müsbət həllinə yönəlmiş uğurlu addımlar, imperiya marağında olan cinayətkar qüvvələrin narahatlığına səbəb olmuşdur.Çox təəssüflər olsun ki, bütün bu xəyanətlərin başında durmuş “ milli qəhrəman”ımız Surət Hüseynov və imperiyanın digər əlaltıları uzun müddət cinayət məsuliyyətinə cəlb edilməyərək cəzasız qalmış, onların mənfur siması xalqdan gizlədilmişdir.Bütün bu xəyanətlər sisteminin açılmaması və xalqdan gizlədilməsi, imperiya qüvvələrinin daha da fəallaşmasına və onların açıq-aşkar qiyamçı müvqedə dayanmasına gətirib çıxarmışdır.
Xalqımızın son dərəcə ağır günündə Surət Hüseynov və imperiyanın başqa əlaltılarının törətmiş olduğu cinayətlər, müstəqil Azərbaycan dövlətinə və onun ümumxalq tərəfindən demokratik yolla seçilmiş prezidentinə xəyanət kimi qiymətləndirilməli, bu işdə təqsiri olan bütün qiyamçılar cinayət məsuliiyyətinə cəlb edilərək cəzalandırılmalıdırlar.
Müşavirə iştirakçıları bu hadisədən son dərəcədə hiddətləndiklərini bildirərək Respublika rəhbərliyini əmin edirlər ki, xalqımıza və dövlətçiliyimizə qarşı atılan hər addıma öz kəskin hərəkətləri ilə layiqli cavab verəcəklər.

Qubadlı şəhəri, 8 iyun 1993-cü il,

“Bərgüşad” qəzeti

Qeyd:
Tədbirin təşkilatçısı və aparıcısı kimi bu müşavirənin müəllifi olduğum sənədi. 1993-cü il 21 avqustda mənə olan sui-qəsdə və sui-qəsd nəticəsində ağır yaralanmağıma səbəb olan, tarixi sənədlərdən biri.

Xural.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Hüquq müdafiəçisi Əlövsət Sadıqlı Bakı şəhər Prokurorluğuna çağırılıb

Xural.com xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində məlumat yayıb. Əlövsət Sadıqlı sabah, yəni 18.11.2019-cu il tarixdə saat…

18 Noyabr 2019
  • SİYASƏT
  • XuralTAC

Tramp üçün çətin günlər başladı-İMPİÇMENT

Ağ ev bu gün ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenskinin ilk telefon söhbətinin stenoqramını yayıb. Bu söhbət 21…

17 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Aqşin Yenisey xəstəxanaya yerləşdirilib

Tanınmış şair, yazıçı Aqşin Yenisey xəstəxanaya yerləşdirilib. Bu barədə “Report”a onun yaxınları məlumat verib. Bildirilib ki, A.Yenisey bu gün mədə…

17 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Tərtərin icra başçısının saysız-hesabsız obyektləri

Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda çoxsaylı kommmersiya obyektlərinə sahibdir və onları icarəyə verib. Xural.com virtualaz.org-a istinadən xəbər…

17 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Arif Hacılı istefa tələblərinə sərt cavab verdi

Almaniya federal polisi tərəfindən mühacir alveri ilə məşğul olmaqda ittiham olunan şəxslərin saxlanması bu qalmaqalda adı hallanan Müsavat Partiyasında ciddi…

16 Noyabr 2019
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Ramiz Mehdiyev AMEA-da – idarə və şöbələr ləğv olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq AMEA-dan bildirilib. AMEA prezidenti, akademik Ramiz Mehdiyevin…

13 Noyabr 2019
Xural.COM