Aygün Kazımova 150.000 manatı niyə istəyir?

Zəhra Hidayətqızı

Bir neçə gündür ki, “Facebook” və “Youtube”də Azərbaycan Respublikasının xalq artisti olan Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın biədəb videoları yayılıb. Bundan sonra xalq artistimiz Aygün Kazımova televiziyaya çıxıb və öz qızına haqq qazandırırcasına onu müdafiə edib və qızının bu videolar lentə alındığı vaxtlarda yeniyetmə olduğunu, ona qarşı edilən hərəkətləri başa düşmədiyini və zarafat kimi qəbul etdiyini bildirib. Aygün xanım onu da əlavə edib ki, sinif yoldaşları arasında belə zarafatlar normaldır.

Bəzən deyirlər ki, ana özünün çəkdiklərini balasının çəkməyini istəməz. Amma Aygün xanım özü düşdüyü atəşin içinə övladını da çəkdi.

Aygün xanım Azərbaycan şou-biznesində hər zaman inqilabları ilə yadda qalıb. Onu bütün xalq hər zaman cürətkar və bir az da açıq-saçıq bilib. Hərçənd şou-biznesə ondan da açıq və ondan da cürətkarları gəlib, amma nəysə…

İlqarə ilk müğənniliyə başladığı zaman onun anasına oxşamayacağını düşünürdüm. Amma bu belə olmadı. Səhnəyə gəldiyi bir il olmamış biədəb videoları dünyaya yayıldı. Anası da ona tam dəstək verdi. Öz qızının haqsızlığını bilə-bilə onu haqlı kimi göstərdi. Əlbəttə, Aygün Kazımovanın yerinə başqası olsa, utancından susub bir də üzə çıxmazdı. Ancaq Aygün Kazımova belə etmədi, cürbəcür bəyanatlar yaydı, canlı yayınlara çıxıb müxtəlif açıqlamalar verdi, videonu yayanları məhkəməyə verdi. Sudan çıxmış balıq kimi çırpınan Aygün xanım nəhayət, qızının namusuna qarşılıq 150.000 manat təzminat tələb etdi.

Canlı yayınların birində Aygün xanım bu məsələnin özünə qarşı təxribat olduğunu, qızının karyerasının başlamadan bittiyini bildirib.

Əziz Aygün xanım, sizin vurğuladığınız kimi (əksi də iddia edilir) 16 yaşında biri belə bir videoçarxı fikirləşmədən çəkdirirsə, elə bu başdan gənclərə daha çox pis örnək olmamış gedib başqa sənətlə məşğul olsun.

Bu məsələdə hər şeyi anlamaq olar. “Şou adamıdır, dünya vecinə deyil onsuz da” deyib ötüb getmək olar, amma bir azərbaycanlı ana qızının namusuna qarşılıq 150 min manat və ya başqa bir miqdarda pul istəyərmi? Aygün xanım istəyir…

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. Aygu xanim ya azerbaycanli deyil ya da bundan sonra itirmeli bir seyi yoxdur .her halda susmaq daha meslehetli idi,eksine hay kuy salib butun millete qarga mende qoz var dedi.ozunu ve qizini bir daha biabir etmis oldu.gorunur pul bu so alemi ucun her seyden irelidir.

  2. tebrik edirem yazinizdan otru…halaldi size butun noqtelere toxunmusunuz…anasi geden yollari balasi budaq budaq gezer….ozleri namussuzdurlar xalqida namussuz sayirlir….hele bir utanmadi o usaqlari cay icmeye devet eleyir…..helem bir tortta bisirir….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button