Aygün Kazımovanın qardaşı Kazım Kazımova 10 il iş kəsildi

Kazım Kazımov
Kazım Kazımov

29.07.2013

Bakı Ağır Cinayətlər Məhkəməsində “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Prosesdə hökm oxunub. APA-nın məlumatına görə, hökmə əsasən, K. Kazımov 10 il, Y. Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O. Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən E. Əkbərovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. O, 3 ili sınaq müddəti olmaqla 7 il şərti olaraq azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək K. Kazımovun 11 il 6 ay, Y. Kiyasov və O. Polkovanın hər birinin 10 il, E.Əkbərovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur.

Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button