“Ayı əti” yeyənlər yox, bunu yazanlar cərimələndilər

Bu gün Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə nəqliyyat nazirinin oğlu, iş adamı Anar Məmmədovun “Yeni Müsavat” qəzetinə qarşı iddiasına baxılıb.

Qeyd edək ki, iş adamı 2010-cu ildə “Azadlıq” və “Yeni Müsavat” qəzetində dərc olunmuş, onun dostları ilə birlikdə Qəbələ rayonunda 1 milyon manat ödəyərək ayı kəsdirib yeməsindən bəhs edən yazılara etiraz edir, bunu şərəf və ləyaqətinin təhqir olunması hesab edirdi. A. Məmmədov maddi təzminat olaraq qəzetlərdən üst-üstə 500 min manat istəyirdi. 2010-cu ildən üzü bəri davam edən məhkəmə bu gün, nəhayət ki, yekun qərar verib və “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini cərimə edərək, hərəsini A. Məmmədova ayrı-ayrılıqda 4 min manat ödəməyə məhkum edib. Məhkəmə qəzetlərdən A. Məmmədovun ayı yeməsindən bəhs edən yazıların həcminə uyğun ölçüdə təkzib və üzrxahlıq mətninin dərc olunmasını da tələb edib. Qeyd edər ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin nümayəndələri məhkəməyə buraxılmayıb və hüquqşünas Vaqif Hüseyn məhkəmə prosesinin birtərəfli aparılmasına etiraz etdiyi üçün hakim tərəfindən 50 manat məbləğində cərimə edilib. Hər iki qəzet Yasamal rayon məhkəməsinin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button