Aysel Əlizadə seçicilərinə səsləndi: “Arada icazə verərsiniz ki…”

aysel əlizadə

Aysel Əlizadə seçicilərinə müraciət etdi: “Arada icazə verərsiniz ki…”

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Əlizadə Aysel Alim qızının təşviqat kampaniyası davam edir. xural.com xəbər verir ki, kampaniya çərçivəsində bu gün A.Əlizadənin seçicilərlə növbəti görüşü baş tutub.

Xanım namizəd bu il keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən danışıb, seçicilərə öz platforması ilə bağlı geniş məlumat verib. O qeyd edib ki, səs verməklə seçici tək özünün yox, həm də ölkəsinin taleyinə biganə olmadığını göstərir: “Bu, təkcə siyasi məsələ deyil. Çünki hamımızı narahat edən işsizlik, evsizlik, gənclərin məşğulluğu, mülkiyyət toxunulmazlığı və başqa sahələrdəki problemlərin həllini tənzimləyən bütün qanunlar vətəndaşlarımızın səsi ilə formalaşacaq Milli Məclisdə qəbul olunur”.

Görüş iştirakçılarından birinin “Millət vəkili seçiləcəyiniz təqdirdə sizinlə necə əlaqə saxlayacağıq” sualına Aysel Əlizadə belə cavab verib: “Mən heç yerə qaçmağa, köçməyə hazırlaşmıram. Seçkidə qalib gəlsəm, Milli Məclisdə sizə işləyəcəyəm, telefon nömrələrimizi, ünvanımızı bilirsiniz, özüm də bu dairədə yaşayıram. Üstəlik, seçki qərargahımızda çalışan komanda sonra da fəaliyyətinə birgə davam edəcək. Sizdən yalnız bir məsələ ilə bağlı icazə istəyəcəyəm ki, mənə arada yaradıcılıqla məşğul olmağa vaxt verəsiniz. O zaman da komandam sizin yanınızda – qərargahımızda olacaq”.

Daha sonra millət vəkilliyinə namizəd seçiciləri narahat edən problemlərlə maraqlanıb.

Görüş iştirakçıları sonda Aysel Əlizadə ilə xatirə şəkilləri çəkdiriblər.

aysel6 aysel7 aysel8

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button