Rubrikalar: GÜNDƏM MANŞET XuralTAC

Azər Həsrət Qəbələdə baş verən özbaşınalıqlardan yazdı – GENERALLARI ÜZ-ÜZƏ QOYMAYIN!

Azər HƏSRƏT, @azerhasret

Dünən çox ciddi media qurumları xəbər yaydı ki, Qəbələ şəhərindəki küçələrdən birinə General Polad Həşimovun adı verilib. Sevindik xəbərə. Lakin lap sonda qeyd edilmişdi ki, bu küçə Polad Həşimova qədər başqa bir əfsanəvi generalın – Həzi Aslanovun adını daşıyıbmış. Cəmiyyət bu xəbərdən təbii ki, şoka düşdü və ortalıq toz-duman oldu. Lakin gün ərzində Qəbələ rayon icra hakimiyyətindən məsələyə aydınlıq gətirilmədi. Bir gün sonra öyrəndik ki, hətta bu məsələni aydınlaşdırmaq istəyən jurnalistlərdən birinə icra hakimiyyətinin rəsmilərindən biri irad tutub ki, belə gec vaxtda adamı narahat etməzlər. Yəni aydınlıq gətirməkdən imtina edib. Jurnalist gec vaxtı zəng etdiyi üçün…

Bu gün – avqustun 6-da Qəbələ rayon icra hakimiyyəti qısa bir xəbərlə məsələyə aydınlıq gətirib. İcra hakimiyyətinin saytındakı xəbəri olduğu kimi dərc edirik:

“Qəbələ Rayon İcra Hakimiyyətinin mətbuat üçün məlumatı. 2020-08-06
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılır. Qeyd edirik ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib. Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.

Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır.

Bir daha kütləvi informasiya vasitələrini, sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq.”

Paralel olaraq bir sıra şəxslər icra hakimiyyətindən ötürülmüş belə bir xəritə də yayıb məsələnin tam aydınlaşmasına yardımçı olmağa çalışdılar.

Qırmızı rəngdə göstərilən hissə avqustun 5-dək General Həzi Aslanovun adını daşıyırdı əslində…

Biz də bu xəritəyə baxdıq, lakin nəsə dalağımız sancdı. Çünki məsələ belə idisə elə dünən də Qəbələnin başbilənləri bu xəritəni yayıb aydınlıq gətirə bilərdilər. Amma nəsə etməmişdilər bunu. Demək ki, torbada pişik var. Üstəlik, xəbəri də iddia edildiyi kimi hansısa sosial media fəalları deyil, çox ciddi media qurumları yaymışdı və aydın şəkildə qeyd etmişdilər ki, küçə əvvəlcə Həzi Aslanovun adını daşıyıb…

Sağ olsun Google Maps. Açdıq, baxdıq və aşağıdakını gördük. Göründüyü kimi, məhz yuxarıdakı şəkildə göstərilən və artıq Polad Həşimovun adını daşıyan küçə bir gün öncəyə qədər məhz General Həzi Aslanovun adını daşıyıb! İcra hakimiyyətinin yaydığı xəbərdə isə belə olmadığı iddia edilir! Demək ki, aldatma cəhdi var! Cəmiyyəti, ən önəmlisi isə Prezidenti!

Hazırda Polad Həşimovun adının verildiyi küçə

Hələ bu da hamısı deyil! İcra hakimiyyətinin yaydığı xəritədə General Həzi Aslanovun adını daşıyan kimi göstərilən küçə də bir gün öncə… Ulu Öndər Heydər Əliyevin adını daşıyıbmış. Bu adamlar hətta Ulu Öndərə də əl uzadıblar. Buyurun, yenə də Google Maps!

Hazırda Həzi Aslanovun adının verildiyi iddia edilən küçə dünənə kimi Heydər Əliyevin adını daşıyırdı…

Beləliklə, anlaşılır ki, Prezident İlham Əliyevin bölgəyə səfəri zamanı General Polad Həşimovun ata yurdundan bayrağı yığışdırtan icra başçısı bəd əməllərini heç də bitirmək fikrində deyil! Adam bir yerdə bayrağımızı endirir, o biri tərəfdə iki çox dəyərli generalımızı üz-üzə qoyur, hələ bu azmış kimi Ulu Öndərin adını da küçədən silir!

Ümid edək ki, cənab Prezident bu başçıya dünyanın neçə bucaq olduğunu çox yaxında göstərəcək.

Sözardı: İcra hakimiyyətinin rəsmisi iddia edir ki, Polad Həşimovun adının önünə General yazmaq olmazmış. Çünki bu qayda yoxdur. Elə isə, yuxarıdakı xəritəyə diqqətlə baxın. Hazırda Polad Həşimovun adının verildiyi küçənin adı dünənə kimi General Həzi Aslanov idi. Google Maps bunu özündən uydurmayıb hər halda…

Paylaş:

This post was last modified on 6 Avqust 2020 6:44 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • MÜSAHİB
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Millətdən qoparılan sərvətlər necə geri qaytarılacaq?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Mirmahmud Mirəlioğlu “Siyasət meydanı”nda: “Savaş yenidənmi başlayır – bizi kimlər idarə edir?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Ağsudan Nüşabə Cəfərova danışır: “Vahid Tağıyev prezidenti sabotaj edir!”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 15:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı – RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistana məxsus PUA-nın vurulmasını təsdiqləyib. Xural.com-un məlumatına görə, bu barədə nazirliyin facebook səhifəsində məlumat yer alıb.…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Zahid Oruc yazır: “Əliyev siyasi olimpə qədəm qoyduğu daha ağır dövrün gündəliyinə yenidən qayıdır…”

Zahid ORUC, STM İdarə Heyətinin sədri, millət vəkili   2004-cü ilin soyuq yanvar günləri… Böyük Heydər Əliyevin siyasi rəqiblərinin nəzərində “kövrək hakimiyyət”in,…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Fətullah Gülənə qarşı çıxan kim olub? – Əli Həsənovun 11 il sonrakı “etirazı”

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyə mətbuatında FETO ilə əlaqələri barədə tirajlanan məlumatlardan narahat olub. Yenisabah.az xəbər verir ki, həmin…

20 Sentyabr 2020
Xural.COM