Azər Qasımlı azadlığa buraxıldı

REAL Partiyasının məclis üzvü Azər Qasımlının inzibati həbs müddəti başa çatıb.

Xural.com xəbər verir ki, bu barədə 24saat.org-asiyasətçinin həyat yoldşı Samirə Qasımlı məlumat verib. Onun sözlərinə görə, Azər Qasımılının bu gün günorta saatlarında Binəqədi müvəqqəti saxlanma təcridxanasından azadlığa buraxılması gözlənilsə də, o gözlənilmədən səhər saatlarında azad edilib və evə gəlib.

Azər Qasımlı 29 mayda 30 sutka inzibati həbs cəzasına məruz qalıb. O, küçədə polisin qanuni tələbinə tabe olmayaraq ünvansız söyüş söyməkdə ittiham olunur.

REAL üzvü ittihamı qəbul etmir və bunu təşkilatçılarından biri olduğu Cümhuriyyət yürüşünə görə baş verdiyini düşünür. Azər Qasımlı Yasamal rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button