Rubrikalar: GÜNDƏM SİYASƏT XuralTAC

Azər Qasımlı ReAL Partiyasından istefa verib

“Avtoritar oyunlarda iştirak etmək istəmirəm”

Respublikaçı Alternativ Partiyasının (ReAL) Ali Məclisinin başqanı Azər Qasımlı noyabrın 6-da partiyadan istefa verib.

O, istefa bəyanatını mətbuat konfransında səsləndirib.

Azər Qasımlı sədr İlqar Məmmədovu ReAL Partiyasında avtoritarizm qurmaqda ittiham edib və bunu noyabrın 3-də partiyanın bütün strukturlarını buraxmaqla, qurultaya hazırlaşmasında göstərib.

Onun fikrincə, İlqar Məmmədovun təklif etdiyi strukturlarda nə hesabatlılıq, nə məsuliyyət, nə yerli təşkilatlar, nə də üzvlərlə kommunikasiya olacaq:

“Sadəcə, bir sədr olacaq. O da zaman-zaman fitvalar verəcək, statuslar yazacaq. Bütün üzvlər də sədrin nə dediyini gözləyəcək. Sədr deyəcək mitinqə gedin, onlar da gedəcək. Yəni İlqar Məmmədovun təklif etdiyi strukturun mahiyyəti bundan ibarətdir”.

Azər Qasımlı deyib ki, o, özünü bu strukturda görmür.

Onun fikrincə, özünü bu strukturda görmək hakimiyyətin avtoritar oyunlarında iştirak etmək deməkdir.

“Gözəl sözlərin arxasında gizlənmək olar, zatən tarix də bu cür yazılıb. Hitler də, kommunistlər də gözəl sözlərin arxasında gizlənərək totalitar rejim yaradıb. Müəyyən zamandan sonra ReAL Partiyası sıradan çıxarılacaq. Mən başlanan prosesin arxasında bunu görürəm”.

Ancaq Azər Qasımlı siyasətdən getmədiyini bildirib:

“Siyasətdən, ReAL ailəsindən getmirəm. Yalnız İlqar Məmmədovun partiyasından gedirəm. Mən özümü bu partiyada görmürəm. Hesab edirəm ki, adamın partiyası yox, partiyanın adamı olmaq lazımdır. Ancaq indiki mərhələdə, yaxın bir ildə mən partiya yaratmayacam. Bu, siyasətdən kənar qalmağım kimi qəbul edilə bilməz”.

A.Qasımlı partiyada onun mövqeyini digərlərinin bölüşməsi ilə bağlı suala konkret cavab verməyib:

“İlqar Məmmədovun təkliflərinin keçməsi sıfra bərabər idi. Mən şəxsən bu təkliflərin keçməsi üçün çox çaba göstərdim. Buna görə bütün məclis üzvlərindən qurultaya getmələrini xahiş etdim. Əks təqdirdə həmin məclisdən iki ReAL Partiyası çıxacaqdı. Mən isə bunu istəmirdim, çünki bu, 90-lardan qalan ənənədir. Ona görə bu prosesdə iştirak etmədim. Hesab edirəm ki, düzgün addım atmışam”.

Paylaş:

This post was last modified on 6 Noyabr 2019 5:24 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Elçibəyin tarixi çıxışı: “Qırğının müəllifi Primakovdur”-TARİX

20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə qanlı gün kimi yazılaraq, onun müstəqillik qazanmasında ən önəmli səhifəsini təşkil edir. SSRİ…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Əlövsət Əliyevin barəsində həbs qərarı – oğlu danışdı

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə Modern.az-a Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı…

19 Noyabr 2019
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Bakıda sənədsiz evlərə görə komissiyalar işləyir

Bakı şəhəri ərazisində sənədsiz evlərin siyahıya alınması ilə bağlı yaradılmış komissiyalar araşdırmalarını davam etdirirlər. Əvvəlcə paytaxtın rayonlarında sənədsiz evlər siyahıya…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Prezidentin köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti-BUMERANG

Kanal13 "Prezident köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti" haqqında veriliş hazırlayıb. Xural.com verilişi təqdim edir:…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Tofiq Yaqublu 30 günlük həbsdən sonra; Onu oğlunu öldürməklə hədələyiblər-VİDEO

19 oktyabr mitinqinə görə həbs edilənlərdən daha 3 nəfəri – Tofiq Yaqublu, Rüfət Səfərov və Baba Süleymanlı noyabrın 19-da azadlığa…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

İran İnqilab Keşikçiləri etirazlar durmazsa, qəti addım atacaqlarını deyib

Dövlət mediası xəbər verir ki, ən azı 100 bank və onlarla bina və maşın yandırılıb İranın İnqilab Keşikçiləri hökumət əleyhinə…

19 Noyabr 2019
Xural.COM