Azərbaycan əsgərinin azdığı deyilir

Fevralın 28-i səhər saatlarında Azərbaycan ordusunun əsgəri Ruslan Pənahovun Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azdığı bildirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, Laçında ilk belə hadisə deyil. Müdafiə Nazirliyi 2022-ci il martında bildirmişdi ki, Laçın rayonu ərazisində bir döyüş mövqeyindən digərinə hərəkət edən iki əsgər hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Sonradan həmin hərbi qulluqçuların taleyinə tam aydınlıq gətirilmədi.

Azərbaycanın Laçın rayonu Ermənistanla həmsərhəddə yerləşir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button