Azərbaycan Beynəlxalq Valyuta Fonduna olan borcunu tam ödəyib

The International Monetary Fund

2016-cı il 1 yanvar tarixinə Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcu tam olaraq ödənilib.

Xural.com “APA-Economics” -ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötən il üzrə hesabatında deyilir.

Bildirilir ki, Azərbaycan BVF-yə 1992-ci ildə qəbul edilib, 1995-ci ildən başlayaraq iqtisadi proqramların dəstəklənməsində BVF-nin maliyyə yardımlarından bəhrələnib. 1995-2005-ci illərdə Azərbaycan iqtisadi islahatlar proqramının dəstəklənməsi məqsədi ilə fonddan 577,3 mln. dollar məbləğində uzunmüddətli kreditlər cəlb edilib. Bu kreditlər hesabına aparılan islahatlar daxili və xarici balansın tarazlaşdırılması və iqtisadi sabitliyin təmin edilməsinə imkan verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button