Azərbaycan Ermənistanı yenidən atəşkəsi pozmaqda günahlandırır

Yayımlandı: 14 İyun 2024 11:26

Yerevan məlumatı təkzib edir

İyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin Soylan rayonunun Xaçik yaşayış məntəqəsindəki mövqelərindən Şərur rayonunun Axura yaşayış məntəqəsinin atəşə tutulduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edir ki, qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib edib.

Bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatı həqiqətəuyğun deyil.

İyunun 13-də də Azərbaycan Naxçıvanla sərhəddə atəşkəsi pozduğuna görə Ermənistanı ittiham etmişdi, amma Yerevan məlumatın həqiqətəuyğun olmadığını demişdi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button