Azərbaycan Ermənistanın yolunu azan sakinini Rusiya sülhməramlılarına təhvil verib

Ermənistan mediası bundan əvvəl Azərbaycanla həmsərhəddə mal-qara otaran yerli sakinin yoxa çıxması barədə məlumat yayıb. Azərbaycan sərhəd zonasında azan ermənini Rusiya sülhməramlılarına təhvil verib. Bu barədə cümə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 13-də Surik Matevosyan Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində azaraq Azərbaycan ərazisinə keçib. O, Rusiya sülhməramlılarına təhvil verilib”, – məlumatda deyilir.

Bundan əvvəl Ermənistan KİV-i Azərbaycanla həmsərhəd Sünik rayonunda mal-qara otarmaqla məşğul olan yerli sakinin yoxa çıxması barədə məlumat yayıb.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button