Rubrikalar: GÜNDƏM XuralTAC

Azərbaycan “Formula-1” dən imtina edir

“Formula-1” rəhbərliyinin, Beynəlxalq Avtomobil Federasiyasının (FİA), yarış təşkilatçılarının və sponsorların iştirakı ilə keçirilən telekonfrans zamanı Azərbaycan tərəfi bildirib ki, iyunun 7-nə planlaşdırılmış Azərbaycan Gran-prisini keçirməkdən imtina etməyi üstün tutur. Virtualaz.org xəbər verir ki, bu haqda “Motorsport” portalı bildirir.

Mart, aprel və may aylarına nəzərdə tutulan bütün yarışların təxirə salındığı bir vaxtda mövsümün ilk yarışlarının Bakıdan başlayacağı təxmin edilirdi. Lakin Azərbaycan Qran-prisinin promouterləri koronavirus pandemiyası ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. Bu, “Formula-1” təşkilatçıları üçün daha bir zərbədir və ciddi maliyyə itkisidir, çünki Bakı yarışların keçirilməsinə görə ən yuxarı qiyməti ödəyirdi. “Formula-1” artıq yarışların təxirə salınmasına görə 200 milyon dollar itirib.

Azərbaycan iyun yarışlarının keçirilməsi niyyətindən imtinasını bununla əsaslandırıb ki, şəhər trasının hazırlanması üçün işlər aprel ayında başlamalıdır. Bu proses böyük xərclər tələb edir və yarışların daha sonraya təxirə salınacağı halda həmin xərclər boşa getmiş olardı. Nümunə kimi başqa şəhər trası göstərilir: Monako Qran-prisi mayın 24-də başlamalı idi, amma təxirə salındı və artıq məlumdur ki, bu il ərzində keçirilməyəcək.

Habelə Kanada Qran-prisi də sual altındadır, bu yarışlar Bakıdan bir həftə sonra başlamalı idi.

Xatırladaq ki, bundan əvvəl “Formula-1” yarışlarının Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya mərhələləri təxirə salınıb. Üstəlik Melburn və Şanxay yarışlarının Monakoda olduğu kimi bu il ümumiyyətlə keçirilməyəcəyi bildirilib. Azərbaycan Qran-prisindən sonra yarışlar iyunun 28-də Fransada, iyulun 5-də Avstriyada, iyulun 19-da Böyük Britanyada, iyulun 26-da İspaniyada, avqustun 2-də Macarıstanda, avqustun 23-də Hollandiyada, 30-da Belçikada, sentyabrın 6-da İtaliyada, 20-də Sinqapurda, ABŞ-da sentyabrın 2-də, Meksikada noyabrın 1-də, Braziliyada isə noyabrın 15-də keçirilməliydi.

İndi bu baxımdan sual yaranır: Azərbaycan yarışı başqa vaxtda keçirməyi istəyirmi? Və əgər belə olsa “Formula-1” təqvimində Azərbaycan Qran-prisi üçün yer tapılacaqmı?

Paylaş:

Son Əlavələr

  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

ABŞ Çin ətrafında qurulan ittifaqı necə dağıtdı?-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 03 aprel 2020-ci il   Hadisələri dəyərləndirərkən, yaxın keçmişi unutmamalıyıq. Çünki çoxları qılınclarını çəkdi. Səslərini unutmadıq.…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

İbrahim Məmmədov Azərbaycanda koronavirusla bağlı tendensiya haqda

“Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”. Bunu Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Dünyada koronavirus can almaqda davam edir: 56 min 989 ölüm-SON SİYAHI

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları  sürətlə artmaqda davam edir. Artıq yoluxanların ümumi sayı 1 milyonu…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

BVF rəhbərindən qorxunc etiraf: Dünya iqtisadiyyatı ağır tənəzzül dövrünə daxil olub

Dünya iqtisadiyyatı yeni koronavirus pandemiyasına görə tənəzzül dövrünə qədəm qoyub. Xural.com TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Beynəlxalq…

4 Aprel 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

İranda pandemiya qurbanlarının sayı 3 294 nəfərə çatdı

İranda daha 134 nəfər koronavirusun qurbanı olub. “Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə…

3 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

ÜST tibbi maskaların koronavirusdan qorumadığını elan etdi

Tibbi maskalar müdafiəyə zəmanət vermir və sağlam adamların onlardan istifadəsinə ehtiyac yoxdur. RİA Novosti-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə…

3 Aprel 2020
Xural.COM