“Azərbaycan Hindistanla qarşıdurmada Pakistanı dəstəklədi”

“Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə 44 gün çəkdi və Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatdı. Biz 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdik”.

Virtualaz.org xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

“Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi. Yəqin bilirsiniz ki, Azərbaycanda insanlar Pakistan xalqı ilə, ölkənizlə bağlı öz hisslərini nümayiş etdirdilər, müharibə zamanı Pakistan bayraqlarını dalğalandırdılar. Bu, bir daha bizim birlik və qardaşlığımızı nümayiş etdirir.

Ölkələrimiz arasında əlaqələrin uzun tarixi var. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Xalqımız bundan xəbərdardır və biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək tərəfimizdən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında Zirvə toplantısı keçiriləcək və biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığı müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə bir daha toxunaraq qeyd etmək istəyirəm ki, biz diqqətimizi iqtisadiyyat sahəsində cəmləşdirəcəyik. Buraya energetika və nəqliyyat sahəsi aiddir. Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq. Beləliklə də, biz əməkdaşlığımızı bu sahədə də genişləndirmiş olacağıq”, – dövlət başçısı bildirib.

Şərh yazın
Share

Son Əlavələr

  • MANŞET

Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla qapalı…

16 Aprel 2021
  • DÜNYA
  • MANŞET

Erməni generallar Paşinyanın müharibə ilə bağlı bəyanatından narahatdırlar

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində çıxışı zamanı İkinci Qarabağ müharibəsi və sentyabrın 27-dən…

16 Aprel 2021
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Ramiz Mehdiyevə “yaxşı adam” deyən var?”-VİDEO 15.04.2021

Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı 15 aprel 2021-ci il, saat 17:00​-da canlı yayında Xural…

15 Aprel 2021
  • MANŞET
  • XuralTAC

Avropa Məhkəməsi qərarlarını elan edəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 22-də Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarlarını elan edəcək.…

15 Aprel 2021
  • MANŞET
  • QAYNAR QAZAN

“Ramiz Mehdiyev məhkəməyə verildi”-VİDEO 14.04.2021

Xural.com Xural TV-də Selcan Zeynallının aparıcılığı ilə yayınlanan "Xural Xəbər" proqramının 19-cu bölümünü təqdim edir:…

15 Aprel 2021
  • MANŞET
  • XuralTAC

Ramiz Mehdiyev məhkəməyə verildi

İşdən çıxarılan Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı akademiyanın prezidenti Ramiz Mehdiyevi məhkəməyə verib. Medianews.az “unikal.org”a…

15 Aprel 2021
Xural.COM