Azərbaycan hökumətinin İlqar Məmmədovun işi üzrə yekun mövqeyi

Xural.com virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinin REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədov barəsində qərarına rəsmi reaksiyasını bildirib. Bu barədə özünün “Facebook” səhifəsində hərəkatın liderlərindən biri Erkin Qədirli yazıb.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin cavabında deyilir ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal azad edilməsi ilə bağlı tələbin olmadığına görə, hökumətin Məhkəmə qərarının icra yollarını seçmək ixtiyarı vardır. Əlavə də olunub ki, hökumət Məhkəmənin İlqar Məmmədovla bağlı qərarına uyğun olan gərəkli tədbirləri görəcək.

Qeyd edək ki, oktyabrın 25-də Avropa Şurasının Nazirlər Komitəsi İlqar Məmmədovun işi üzrə qərar qəbul edib. Həmin qərara əsasən, AŞ NK dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycan tərəfindən Avropa Konvensiyasının 46.4-cü maddəsində əks olunmuş öhdəliklərin yerinə yetirilməmə ilə bağlı müraciət etmək niyyətindədir.

Qərarda bildirilir ki, Azərbaycan öz mövqeyini noyabrın 29-dan gec olmayaraq bildirə bilər.

Avropa Konvensiyasının 46.4-cü maddəsi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməyən ölkələrin AŞ-dan xaric edilməsini ehtiva edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button