Rubrikalar: GÜNDƏM XuralTAC

Azərbaycan hüquq-mühafizə orqanları general Akın Öztürkü istintaqa cəlb etdi

Türkiyədə 2017-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin ardınca Ankaranın istəyi ilə Azərbaycan hüquq-mühafizə orqanları da Fətullah Gülənin təriqətinə (FETÖ) qarşı təhqiqat başladıb. Virtualaz.org xəbər verir ki, bu təhqiqat çərçivəsində 15 iyul hərbçi çevriliş planının lideri hesab edilən ordu generalı, Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk də dindirilib.

“Yeni Şafak” qəzetinin yazdığına görə Azərbaycanın prokurorluq orqanları iki ölkə arasında ədliyyə sahəsində qarşılıqlı əməkdaşlıq əsasında Türkiyənin Ədliyyə Nazirliyinə general Akın Öztürkə yönəldilməli olan 10 sual göndərib. Həmin suallar Akın Öztürkün Azərbaycandakı əlaqələri barədə olub.

Türkiyə Ədliyyə Nazirliyinin xarici əlaqələr və Avropa İttifaqı üzrə idarəsi Azərbaycan tərəfinin tələbini Ankara Cümhuriyyət prokurorluğuna göndərib. Bu tələb əsasında prokurorluq Akın Öztürkü ötən gün yanvarın 12-də saxlanıldığı Sincan F tipli həbsxanasından jandarmanın müşayiəti ilə Ankara Ədliyyəsinə aparıb.

Orada prokuror Mustafa Saylam Azərbaycanın ədliyyə məqamlarının göndərdiyi sualları Öztürkə yönəldib. Suallar əsasən Öztürkün Azərbaycandakı əlaqələri barədə olub. 45 dəqiqəyə yaxın dindirmədən sonra Öztürk yenidən Sincan həbsxanasına aparılıb.

Bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları FETÖ təhqiqatı ilə bağlı bu təriqətin gizli strukturları, maliyyə və təhsil sahəsindəki fəaliyyətləri, gizli xəbərləşmə metodları barədə də məlumatları Türkiyə tərəfindən istəyib.

Bu sorğu əsasında Türkiyənin Ədliyyə Nazirliyi Ankara Cümhuriyyət prokurorluğuna yazılı məktub göndərərək tapşırıb ki, FETÖ-nün Türkiyədəki fəaliyyətləri və strukturu barədə əhatəli dosye hazırlansın, Ədliyyə Nazirliyi vasitəsilə Azərbaycan tərəfinə göndərilsin.

Xatırladaq ki, Ankara Cümhuriyyət prokurorluğunun hazırladığı ittiham aktına əsasən general Akın Öztürk hərbi çevriliş cəhdi ərəfəsində bəzi xarici ölkələrlə telefon danışıqları aparıb, o cümlədən Azərbaycanda istifadə olunan 99451660…. mobil nömrəsi ilə 2 dəfə əlaqə saxlayıb.

Paylaş:

This post was last modified on 13 Yanvar 2019 6:02 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM