Azərbaycan İslamiadanın qalibi oldu-Vaxtından tez

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bitməsinə saatlar qalsa da, Azərbaycan İslamiadanın qalibi olub.
Xural.com-un BakiPost.az-a istinadən verdiyi məlumata görə, günün nəticələrindən asılı olmayaraq, Azərbaycan yarışın qalibi olmasını sığortalayıb.
Hazırda hesabında 75 qızıl, 46 gümüş və 33 medal olan Azərbaycan İslamiadanı 1-ci yerdə başa vurur.
Medal sayında Türkiyə Azərbaycandan irəlidə olsa da, qızılların sayına görə ölkəmiz liderliyi əldən verməyib. Belə ki, bu saata qədər Türkiyənin 70 qızıl, 65 gümüş və  57 bürünc medalı var.
Türkiyə millisi 11 finaldan yalnız 5-də qüvvəsini sınayacaq. Bunlardan ikisi tennis, ikisi uşuda, biri isə stolüstü tennisdə olacaq. Bu isə o deməkdir ki, qonşularımız ən yaxşı halda 73 çempionluqla kifayətlənəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button