Azərbaycan Laçın dəhlizinə alternativ yolun tikintisini tamamlayıb

Yayımlandı: 11 Avqust 2022 17:13

Azərbaycan Laçın dəhlizinə alternativ yolun inşasını yekunlaşdırıb. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun ümumi uzunluğu 32 km təşkil edir. Bunun 10 km-i Ermənistan ərazisində yerləşir və ermənilər tikinti işlərinə hələ başlamayıblar. Azərbaycan tərəfinin yolun inşasına nə qədər xərclədiyi məlum deyil. Yol boyu 4 aşırımlı avtomobil körpüsü də tikilib.

Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolağı olan yolun hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr təşkil edir.

Yol tikintisinin tamamlanması ilə Laçın dəhlizinin əvəzlənməsi prosesinə başlanacağı gözlənilir. Artıq Laçın şəhəri və Zabux kəndində məskunlaşmış ermənilərə əraziləri tərk etmək üçün 25 avqusta qədər vaxt da verilib. Sakinlər ilk günlərdə etiraz etsələr də, əlacsız şəkildə Azərbaycanın nəzarətinə keçəcək əraziləri boşaltmağa başlayıblar. Onların hara köçürüləcəyi, hələlik, məlum deyil.

Laçın dəhlizinin əvəzlənməsi ikinci Qarabağ müharibəsini sonra çatdıran 10 noyabr bəyanatında nəzərdə tutulub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button