Azərbaycan Olimpiya Oyunlarında 7 medal qazandı
Avqustun 11-də Paris-2024 Yay Olimpiya Oyunları başa çatıb. Azərbaycan ümumilikdə 15 idman növü üzrə yarışlarda 48 idmançı ilə çıxış edib. Aktivinə yeddi medal yazdırıb. Onlardan ikisi qızıl, ikisi gümüş, üçü isə bürünc medal olub.
Cüdo:
Hidayət Heydərov (73 kq) – qızıl
Zelim Kotsoyev (100 kq) – qızıl
Boks:
Alfonso Dominqes (92 kq) – gümüş
Taekvondo:
Qaşım Maqomedov (58 kq) – gümüş
Yunan-Roma güləşi:
Həsrət Cəfərov (67 kq) – bürünc
Sərbəst güləş:
Giorgi Meşvildişvili (125 kq) – bürünc
Maqomedxan Maqomedov (97 kq) – bürünc
Yarışlarda medal sıralamasında 1-ci yerdə ABŞ, ikinci yerdə Çin, üçüncü yerdə isə Yaponiya qərarlaşıb.
Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da olmuşdu.
Bundan əvvəl koronovirus pandemiyasına görə bir il gecikmə ilə 2021-ci ildə Yaponiyada keçirilən XXII Yay Olimpiadasında Azərbaycan yeddi medal qazanmışdı (üç gümüş və dörd bürünc).
Braziliyada 2016-cı ildə gerçəkləşən XXI Olimpiadada isə Azərbaycan daha çox medal- bir qızıl, yeddi gümüş və 10 bürünc əldə etmişdi.