Azərbaycan ordusunun əsgəri şəhid olub

Azərbaycan ordusunun əsgəri şəhid olub

Bu gün saat 15.00 radələrində Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədi daşıyır: “Narahatlıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə, hadisəyə reaksiya göstərir”.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir: “Bildiririk ki, Silahlı Qüvvələrimiz tərəfindən cavab tədbirləri görüləcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button