Azərbaycan prezidenti 2012-ci ildə ardsız-arasız uğurların olacağından qabaqcadan xəbər verir

2012 Yanvar 01

CONTACT

Azərbaycan prezidenti İlham Əliyev Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə etdiyi çıxışında ru.president.az/articles/4067 qəti əminliklə bildirdi ki, 2012-ci ildə Azərbaycanı yalnız müvəffəqiyyətlər gözləyir.

Dövlət başçısı çox uzağa gedən bəyanatını keçən ilin, onun fikrincə, ölkənin iqtisadi qüdrəti və xarici siyasət sahəsindəki nüfuzunun, vətəndaşların rifahının artması, demokratiyanın inkişafı, korrupsiya ilə mübarizə və sair bu kimi məsələlərdə uğurlu yekunları əsasında edib.

Halbuki Azərbaycan cəmiyyətinin müvəffəqiyyətli inkişafının son parametrləri beynəlxalq təşkilatların ölkənin iqtisadi diversifikasiyadan (çoxşaxəlilikdən) başlayaraq insan haqlarının pozulmasına qədər uzanan müxtəlif sahələrində neqativ halların mövcudluğu haqdakı hesabatları kontekstinə uyğun gəlmir.

Lakin öz çıxışında prezident bir qədər hirsli halda işarə etdi ki, bu qəlibdən olan təşkilat və beynəlxalq QHT-lərin rəyi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş ölkə üçün son instansiya həqiqəti deyil. «”Dünya ictimaiyyəti” dedikdə, hər şeydən əvvəl, hansısa kiçik bir təşkilatı yox, Birləşmiş Millətlər Təşkilatını nəzərdə tuturlar», – deyə Əliyev vurğuladı.

Öz çıxışında Azərbaycanın uğurlu inkişafı haqqındakı tezisini prezident respublikanın qeyri-neft sektorunun 10%, əhalinin pul gəlirlərinin 20%, 900 min təqaüdçünün pensiyalarının 40%, ölkənin valyuta ehtiyatlarının isə $40 mlrd. artdığını israr edən statistika ilə əsaslandırırdı.

Əliyev bu rəqəmlərin və onun komandasının işinin yekunlarının Yeni İl gecəsi televiziya tamaşaçıları və radiodinləyicilərini onun fəaliyyətində əsas yeri hər bir Azərbaycan vətəndaşı və ailəsinin mənafeyinin tutduğuna inandırmalı olduğunu gizlətmirdi.

Fəqət demokratiya sahəsində və korrupsiya ili səmərəli mübarizə istiqamətindəki müvəffəqiyyətlərdən danışarkən prezident fikir, ifadə azadlığına qoyulan qadağa və korrupsiyaya qurşanmışlar və rüşvətxorlara qarşı başlamağa macal tapmamış yığışdırılan mübarizə barəsində heç bir söz demədi.

Sonda İlham Əliyev bütün vətəndaşlara, bütün Azərbaycan xalqına can sağlığı, səadət, ailə əmin-amanlığı arzulayaraq nikbinliklə bildirdi ki, ölkəni xoşbəxt gələcək gözləyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button