Azərbaycan prezidenti Qazaxıstana gedib
Noyabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana gedib. O, Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley zirvə görüşündə iştirak edəcək.
Noyabrın 3-də Astanada keçiriləcək toplantıda iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmalıdır.
Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.
Bu qurumun əsası 2009-cu ildə qoyulub. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan onun üzvləridir.