Rubrikalar: CƏMİYYƏT XuralTAC

Azərbaycan rus dilinə 100 milyon manat xərcləyir!

Qubad İbadoğlu

ADR Hərəkatının sədri

Bu il rus bölmələrində təhsil alanlar üçün büdcədən 100 milyon manata qədər vəsait xərclənəcək.

Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkədə 4,5 min ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilindədir, onlardan 16-da dərslər yalnız rus dilində keçir. Müqayisə üçün qeyd edim ki, son 3 idə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb. Belə ki, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 1-ci siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə qeydə alınıb. Onlardan 9 faizi və ya 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Hazırda ibtidai məktəblərin rus bölməsinin 1-ci sinfində şagirdlərin orta sıxlığı 35-40 nəfər arasında dəyişir.
2019-cu ildə təhsil xərcləri üçün 2 milyard 285 milyon 9 min manat vəsait ayrılıb. Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,1 faiz təşkil edir.
Bu il ərzində ümumi təhsilə 1 milyard 289 milyon 100 min manat xərclənəcək.
Bu məlumatlardan belə qənaətə gəlmək olar ki, rus bölmələrində təhsil alan şagirdlərin cəmi şagirdlərdə payı 7,5 faiz təşkil edir. Bu isə o deməkdir ki, ümumi təhsilə ayrılan 1 milyard 289 milyon 100 min manatlıq büdcə vəsaitinin 7,5 faizi və ya 96,7 milyon manatı rus bölmələrində oxuyan şagirdlərin təhsilinə xərclənir.
Müstəqil ölkənin başqa bir dövlətin dilinin inkişafı üçün cari ilin büdcəsindən 100 milyon manata qədər vəsait ayırması hər bir şəxsi narahat etməlidir. Burda millətçilik və ya anti-rus elementləri axtarmağa dəymir. Mən Azərbaycanda rus dilinin öyrənilməsinin əleyhinə deyiləm. Sadəcə bunun üçün dövlət büdcəsindən vəsait ayrılmasını yanlış hesab edir və növbəti ilin büdcəsində bunun nəzərə alınmasını təklif edirəm. Çünki təhlillər göstərir ki, bu məqsədlə xərclənən büdcə vəsaitlərinin həcmi sürətlə artır. Heç şübhəsiz ki, növbəti il üçün bu məqsədlə büdcədən ən azı 100 milyon manatdan çox vəsait ayrılması nəzərdə tutulur.
Hesab edirəm ki, ümumi dövlət məktəblərində tətbiq olunan 1-ci sinifdən birinci, 5-ci sinifdən ikinci xarici dil öyrədilməsi davam etdirilməlidir. Bu zaman rus dili də seçimlərdən biri ola bilər. Eyni zamanda tədrisi rus və digər dillərdə olan özəl məktəblərin də fəaliyyətinə şərait yaradılmalıdır. Hazırda Bakı şəhərində tədrisi ingilis, türk dilində olan çoxlu özəl məktəblər fəaliyyət göstərir. Belə olan halda tədrisi rus dilində aparan özəl məktəblər niyə olmasın?

Xural.com

Paylaş:

Share

Son Əlavələr

  • KÖŞƏ YAZARLARI
  • MƏDƏNİYYƏT
  • XuralTAC

“Azərbaycan Turandır”-Yasəmən Qaraqoyunlu yazır

Mənim haqqımda Avropadan tutmuş Rusiyaya qədər yayılmış azərbaycanlılar və Azərbaycanda yaşayan digər xalqların nümayəndələri arasında çox ciddi əks təbliğatın getdiyindən…

19 Avqust 2019 12:32 axşam
  • GÜNDƏM
  • XuralTAC

Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar – VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb. Musavat.com Editor.az saytına istinadən xəbər verir ki, tanınmış iqtisadçı-ekspert…

19 Avqust 2019 3:23 səhər
  • ARAŞDIRMA
  • XuralTAC

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər
  • MARAQLI
  • XuralTAC

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər
  • SİYASƏT
  • XuralTAC

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər
  • DÜNYA
  • MƏTBUAT
  • XuralTAC

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər
Xural.COM