Azərbaycan səfiri İran XİN-ə çağırılıb

Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin bu ölkə rəsmiləri və mediasının İslam Respublikasına qarşı davam edən təbliğat kampaniyasına etiraz olaraq Xarici İşlər Nazirliyinə (XİN) çağırıldığı bildirilir. Bu barədə IRNA xəbər verir.

Xəbərə görə, nazirlik Azərbaycanın yüksək səviyyəli rəsmilərinin “qeyri-dost” açıqlamalarına və ölkə mediasının İrana qarşı apardığı kampaniyaya kəskin etirazını bildirib, bu cür hərəkətlərə dərhal son qoymağa və onların təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Bildirildiyinə görə, Azərbaycan səfiri vəziyyətdən təəssüfləndiyini bildirib və İranın etirazını dərhal Bakıdakı hakimiyyət orqanlarına çatdıracağına söz verib.

Hələlik, bu məlumata Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button