Azərbaycan Sahibkarlar Konfederasiyası iş adamlarına müraciət edib

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başlanan “Məşğulluq marafonu”nu yüksək qiymətləndirir.

Qurumun iş adamlarına müraciətində bildirilir ki, “ASK prezidenti Məmməd Musayev qalib ölkənin sahibkarı olmaq qürurunu bizə bəxş edən Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qazilərinin işlə təminatına dəstək olmaq üçün bütün sahibkar və işəgötürənləri bu aksiyaya qoşulmağa dəvət edir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başladığı marafona qoşulmaq istəyən sahibkarlar bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button