Azərbaycan şahmatçıları niyə məğlub oldu?

çapay sultanovÇapay Sultanovun Azərbaycan Şahmat Federasiyasına rəhbərlik etməsi erməniləri qane etmirdi…

Faiq Həsənov ermənilərin sayəsində şahmat üzrə beynəlxalq hakim adını aldı…

Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda ciddi məğlubiyyətindən sonra bunun səbəblərini araşdıran «Xural» qəzeti artıq bir müddətdir ki, Çapay Sultanovun «O şaxmatax i ne tolko» adlı kitabı əsasında silsilə yazılar dərc edir. Bu yazılarda vaxtilə – Çapay Sultanovun Azərbaycan Şahmat Federasiyasının sədri işlədiyi dönəmlərdə Azərbaycan şahmatçılarının dünya birinciliyi uğrunda apardığı mübarizənin onun güclü fəaliyyəti sayəsində əldə edilməsi və s. məsələlərə toxunulmuş, dünya birinciliyini əldə etmiş bakılı erməni Harri Kasparovun anası Klara Kasparovanın erməni məkri ilə Şahmat Federasiyasına qarşı istiqamətləndirdiyi xüsusi dağıdıcı siyasət əsasında Çapay Sultanovun tutduğu vəzifədən azad edilməsi, nəticədə Azərbaycan şahmatının uzun illər bu sahədə heç bir təcrübəsi olmayan insanlara həvalə olunaraq darmadağın edilməsi və bu kimi acınacaqlı məsələlərə toxunulub. Klara Kasparovanın Azərbaycan DTK-sındakı tərəfdarları, Moskvadakı ermənipərəst himayədarları sayəsində 20 il əvvəl apardığı dağıdıcılıq siyasətinin acılarını bu gün Azərbaycan şahmatı çəkir. Məğlubiyyət bir günün deyil, uzun illər fəaliyyətsizliyin nəticəsi kimi qəbul olunduğundan bu araşdırmalarımızı aparmaqda davam edəcəyik.

Onu demək lazımdır ki, Klara Kasparova bütün özünün «möhtəşəm» qabiliyyətlərini Azərbaycan Şahmat Federasiyasına və konkret olaraq onun prezidenti Çapay Sultanova qarşı çox effektli şəkildə istifadə edirdi.

Vəziyyət o həddə idi ki, Azərbaycan KP MK-nin birinci katibi Kamran Bağırov Kasparovun ilk xahişindən onu qəbul edirdi, o isə hər dəfə Federasiyanın işindən neqativ danışırdı. Tədricən aparılan bu siyasət, sonunda Kasparova etibar edən K.Bağırovu da düşünməyə vadar edir və bununla bağlı ölçü götürməyi qərarlaşdırır.

Həmin dövrdə Azərbaycan DTK-da Litvinovun başçılığı ilə Kasparovların mini komandası mövcud idi. Və onlar geniş səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan şahmatının parçalanması, Harri Kasparovdan sonra Azərbaycandan bir nəfər də olsun şahmat üzrə dünya çempionunun çıxmaması üçün məqsədli iş aparırdılar. Təkcə bu onun göstəricisidir ki, məlum hadisələrdən sonra Litvinov da Kasparovlarla birlikdə Bakını tərk etdi və bir daha nankorcasına yanaşdığı bir məmləkətə geri qayıtmadı.

Kasparovlar Şahmat Federasiyasının işini əngəlləmək üçün demək olar ki, hər gün Azərbaycanın İdman Komitəsinin sədri Gennadiy Rzayevi söhbət etmək üçün dəvət edirdilər və hər dəfə söhbəti şahmatdan salsalar da, nümayişkəranə şəkildə Şahmat Federasiyasının nailiyyətlərinə məhəl qoymurdular.

Maraqlıdır ki, Dövlət Teleradio şirkətinin «Şahmat Klubu» verilişini aparıcı Faiq Həsənov Kasparovun evində hazırlanmış ssenarilər əsasında hazırlayırdı. Sonralar Kasparovlar ona təşəkkürlərini bildirdilər – Gennadiy Rzayev və Kasparovların sayəsində o, şahmat üzrə beyəlxalq hakim adını aldı.

Klara Kasparova bütün mümkün murdar əməllərə əl atırdı ki, Çapay Sultanovu Şahmat Federasiyasının sədri vəzifəsindən azad etdirsin. Harri Kasparovun birinci məşqçisi Oleq Privorotskiy Çapay Sultanov haqqında bütün İttifaq instansiyalarına, hətta Sov İKP MK-ya qədər şər və böhtan dolu məkrli məktublar yazmaqda davam edir və nəticə əldə etməyənə qədər əl çəkmirdi. Onun «Pravda» qəzetinə yazdığı məktub əsasında Bakıya gələn SSRİ-nin Dövlət Nəzarət Komitəsinin sabiq sədri Serovun rəhbərliyi ilə xüsusi komissiya gələrək Çapay Sultanovun fəaliyyətini yoxlamağa başlamışdı.

Buradan sual yaranır. Çapay Sultanovun Şahmat Federasiyasının sədri olmaması üçün erməni Klara Kasparova nədən bu qədər geniş şəkildə hücuma keçirdi? Cavab isə birdir. Çapay Sultanov Azərbaycan Şahmat Federasiyasının sədri olduğu dönəmdə, şahmat sahəsində Azərbaycan uğurlu nəticələr əldə edirdi və Klara Kasparova oğlu Harridən sonra Azərbaycan şahmat məktəbinin üstün yetənəyinin çıxmaması naminə şahmat bazasının darmadağın olması üçün əlindən gələni edirdi… Özü də özümüzünkülərin əli ilə…

Klara Kasparovanın apardığı məqsədli siyasət haqqında bu qısa arayışı verdikdən sonra Oxucularımızın diqqətinə vəd etdiyimiz kimi, onun «İspaniyanın buludsuz səması» məqaləsini olduğu kimi təqdim edirik.

«İspaniyanın buludsuz səması»

 Ümumdünya şahmat mətbuatının apardığı nüfuzlu referendum bu ilin əvvəllərində (red -1982) bakılı Harri Kasparovu « Ən yaxşı qrossmeyster-82» elan etdi. Bu yaxınlarda xüsusi «Oskar» mükafatının təsisçilərinin dəvətilə sovet şahmatçısı Barselonanı ziyarət etdi. Orada təmtəraqlı şəraitdə ona bu ali beynəlxalq mükafat təqdim olundu. Bizim nümayəndə heyətinin tərkibində qrossmeysterin anası da var idi, biz sözü ona veririk.

Klara Kasparova:

1967-ci ildə dünyanın aparıcı qrossmeysterlərinin kolleksiyalarında yeni mükafat – «Şahmat Oskarı» peyda oldu. Bu mükafat şahmat mövzusunda yazan jurnalistlərin keçirdiyi sorğunun nəticəsi əsasında ən yaxşı şahmatçıya təqdim olunmağa başladı. Bu nüfuzlu mükafatın ilk sahibi danimarkalı qrossmeyster Bent Larsen idi. Növbəti iki «Oskar» eks dünya çempionu  Boris Spasskiyə, daha sonra isə üç ulduzlu il Bobbi Fişerə nəsib olub. Amerikalı qrossmeyster könüllü olaraq şahmatı tərk etdikdən sonra Anatoli Karpovun yeni dünya çempionu erası başladı, o da səkkiz «Oskar» aldı. Yalnız bir dəfə, 1978-ci ildə ənənə pozuldu. «Oskar» Viktor Korçnıya verildi və bu dəfə səsvermədə həlledici rolu görünür qeyri-şahmat şəraiti oynadı.

Amma əgər «Oskar»ın sahibləri müxtəlif ölkələrin şahmatçıları olmuşdularsa da, mükafatın təsisçisi və onun təqdim edilməsinin tam hüquqlu sahibi İspaniya idi və bu gün də olmaqda davam edir. Beləliklə, ilk altı mükafat Palma-de-Malorkda təqdim olunurdu, sonrakı bir il «Oskar» Madridə yol aldı, 1974-cü ildən isə Barselonada özünə yer elədi. Özü də yerdəyişməklə şahmat mükafatı özünün xarici görünüşünü də dəyişməyə başladı və hər dəfəsində yerli ənənələri özündə əks etdirdi.

1888-ci ildə Ümumdünya sərgisinin açılışı münasibətilə Barselonada heykəl qoyuldu ki, sonradan o da şəhərin simvoluna çevrildi. Ağ mərmərdən hazırlanmış çətirli, zərif qadın sanki donaraq möhtəşəm minuet duruşu ilə artıq yüz illərdir ki, bura gələn turistləri heyrətləndirir. Və əlbəttə ki, mükafat kimi məhz onun miniatür surəti seçilib.

Şahmat mövzusunda yazan Jurnalistlərin Beynəlxalq Assosiasiyası  «Oskar-82»ni bakılı qrossmeyster Harri Kasparova layiq gördü. Onu mükafata aparan yol hələ 1981-ci ilin sonunda, SSRİ çempionatında əldə etdiyi qalibiyyətlə başlasa da, mükafat yalnız onun beynəlxalq yarışlardan əldə etdiyi nailiyyətlərin nəticələrinə görə: Buqoynoda keçirilən şahmat turniri (Yuqoslaviya), Moskva bölgələrarası və Lütserndə keçirilən olimpiada – verildi.

Budur, 1982-ci ilin ən yaxşı şahmatçısı elan olunandan 7 ay sonra qrossmeyster anası ilə İspaniyaya yola düşdü, Bakıya dilbər «barselonalı»nı gətirmək üçün…

Uçuş vaxtı sentyabrın 26-sı, bizim üçün sübh tezdən başladı, çünki mənzilə çatmaq üçün bu gün ərzində müxtəlif aviakampaniyalara məxsus üç təyyarə dəyişməli idik.

Hava yolu Bolqarıstan, Yuqoslaviya, İtaliya, Fransadan keçirdi və aydın, günəşli hava bizə yüksəkliklərdən Geniya, Nissa, Marseli görməyə imkan verirdi.

Madriddə bizi FİDE-nin vitse-prezidenti Ramon Toran və sovet səfirliyinin idman-ataşesi qarşıladı. Harrinin vitse-prezidentlə yarımfinal oyunları haqda yarımsaatlıq söhbətindən sonra (səhəri gün R.Toran Manilaya, FİDE-nin konqresinə uçdu) yenidən yola düzəldik, bu dəfə Barselonaya.

«Oskar» mükafatının təsis və təqdimat üzrə tədbirin təşkilatçıları – «El Nort İnqlez» firmasını bizim Barselonada olduğumuz müddətdə Şahmat İnstitutunun direktoru Katolini Corc Puç təmsil edirdi.

İspaniyada olduğumuz ilk günlər sakit və ölçülü ritmdə keçdi. Barselonanın şəhərdənkənar, mənzərəli dağ ətəyində yerləşən otellərindən birində bizim istirahətdən həzz almamız üçün gözəl imkanlar yaradılmışdı. Otelin yerləşdiyi yüksəklikdən bir neçə on kilometrlərlə uzanan şəhərin mənzərəsi və çimərlik görünürdü. «Rey don Haime» otelinin pəncərələrindən yarımdağınıq, orta əsrlərə məxsus qüllə ucalırdı. Ona görə də təəcüblü deyil ki, onun xarici və daxili görünüşü qədim ispan ənənələrinə uyğun tərtib olunmuşdu. Açığını deyim ki, böyük şəhərdən kənarda keçən gün, necə də olsa, yerinə düşmüşdü: yorucu uçuşdan yaranmış ağırlıqdan dincəlmək və mövcud proqrama uyğun hazırlaşmaq… katalon balıq yeməklərinin böyük assortimenti ilə tanış olmaq.

İstirahətimiz qısa oldu, növbəti gün axşama doğru biz artıq öz miqyas və mənasına görə ölkənin ikinci şəhəri olan Barselonanın düz mərkəzində idik.

«Kalderon» qrand-otelinin uyğun yerdə olması bizə asudə vaxtlarımızda şəhərin memarlıq abidələrilə tanış olmaq imkanı verdi.

Proqramın rəsmi hissəsi sentyabrın 28-də keçirilən mətbuat konfransı ilə başladı. Son vaxtlar Harri dəfələrlə müxtəlif auditoriyalar qarşısında çıxış etmişdi, əsasən də dünya birinciliyinə iddialı olan şahmatçıların baş tutmayan yarımfinal oyunlarında. Bu mətbuat konfransı da istisna olmadı. İspan jurnalistləri konfrans təşkilatçılarını cürbəcür suallarla sevindirmədilər, ona görə də tərcüməçisiz də tanış sözləri başa düşmək olurdu: Pasadina, Kampomanes, Korçnoy…

Mətbuat konfrası başlamazdan əvvəl müxbirlərə qrossmeysterin bioqrafik məlumatlarını və yaradıcılıq yolunu əks etdirən məlumat vərəqələri paylanmışdı. Bununla belə jurnalistlərin titizliyi bir neçə dəfə Harrini gülümsəməyə vadar etdi. Təbii ki, qəzetlər nəşr olunanadək biz bir qədər həyəcanlandıq – əlbəttə, əvvəldən onların hansı rakursda Oxuculara məqalələr təqdim edəcəyini bilmək olmur. Artıq növbəti gün qəlyanaltıda biz müəyyənləşdirdik ki, Kataloninin 9 qəzeti və «El Pais» mərkəzi qəzeti böyük könülxoşluğu ilə sovet şahmatçısı haqqında yazıb, onun geniş ümumi erudisiyasını və yaradıcılığının ən yaxşı tərəflərini göstərməklə… Müxbirlər ispanlara məxsus çılğınlıqla Harrini heyrətamiz müqayisələrlə mükafatlandırmağa çalışmışdılar. Məxsusən də «El Pais» yazırdı, Kasparovun «həqiqi latın xarakteri» var. Hər şeydən görünürdü ki, bakılının ekspansivliyi ispanları fəth etmişdi və onun harada peyda olmasından asılı olmayaraq, hər yerdə ona qarşı xoş niyyətli atmosfer hiss olunurdu.

Axşam Harri Kubok qaliblərinin Kuboku çərçivəsində keçirilən «Barselona-Maqdeburq» futbol oyununa dəvət olunmuşdu. İspaniya haqqında bizim təsəvvürlərimiz əlaqəli şəkildə korrido ilə bağlıdır, hansı ki, biz bunu ispan ruhunun ən parlaq təcəssümü hesab edirik. Ancaq onu da demək lazımdır ki, futbol İspaniyada özünəməxsus qeyri-adiliyi olan tamaşadır. Daha kimlərə stadionda rast gəlmək mümkün deyildi ki – uşaqlar, qocalar, hətta qızlar. Bir sözlə, müxtəlif yaş həddində olan və müxtəlif mənsəbə qulluq edən insanlar. Və ən qəribəsi odur ki, ispanlar bura tək öz komandalarına dəstək vermək üçün deyil, həm də vətənpərvərlik borclarını yerinə yetirmək üçün gəlirlər.

Oyunun fasiləsi zamanı Harrini «Barselona» klubunun prezidentinə təqdim etdilər, o da öz növbəsində Harrini «Oskar» alması münasibətilə təbrik etdi və ona xatirə hədiyyəsi verdi.

Sentyabrın 29-u bizim kiçik heyətimiz üçün uzun illər yadda qalacaq. Həmin gün «Oskar»ın təqdimatının proseduru təyin olunmuşdu. Və reqlamentə uyğun olaraq gündüz mərkəzi radioda çıxış etmək lazım idi, daha bir saatdan sonra isə artıq Ümumdünya elektron sərgisinin zalından televiziyanın proqramı əsasında biz başçını gözlədik…

Saat 17.00-da «El Kort İnqlez» firmasının univermağının böyük zallarından birində Kasparovun eyni vaxtda 25 lövhədə oyunu başladı. Oyunun sonunda  – təmtəraqlı təqdimat mərasimi. Həyata keçiriləcək seans və mərasim haqqında qəzetlərdə çıxan məlumat da şahmatsevərlərin diqqətindən yayınmamışdı. Oyunu izləmək üçün toplaşan bu qədər sayda tamaşaçıları biz yalnız Riqada, Harrini Universitetin şahmat mədəniyyəti dərslərini aparmağa dəvət edəndə görmüşdük. Praktik olaraq oyunçuların masasına yaxınlaşmaq mümkün deyildi – tamaşaçılar çox sıx şəkildə oyunun getdiyi arenanı dövrəyə almışdılar.

Ardı var

XuralTAC

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button