Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazananların sənəd qəbuluna start verilib – FOTO

1 (1)Qeyd edək ki, universitetə  qəbul olan tələbələr qeydiyyat üçün lazım olan sənədlərin siyahısı ilə ATU-nun rəsmi internet  saytında (www.amu.edu.az) tanış ola bilərlər. Bu prosesdə çətinlik çəkən abituriyent üçün hətta bəzi sənədlərin forması əvvəlcədən saytda və universitetin feysbuk səhifəsində də yerləşdirilib. Bu haqda xural.com-a ATU-nun mətbuat xidmətindən məlumat verilib. 

Universitet rəhbərliyi abituryentlərin qeydiyyatla bağlı olan suallarını cavablandırmaq üçün də zəruri tədbirlər görmüşdür. Belə ki, gənclər qeydiyyat prosesinə aid olan  suallarına həm feysbuk səhifəsindən, həm də bunun üçün ayrılan telefon nomrəsinə (595 49 11) zəng etməklə cavab ala bilərlər.

Qeydiyyata gələn tələbə və valideynlərin arasında sıxlıq yaratmamaq məqsədi ilə ATU-da hər fakültənin qeydiyyatı ayrıca aparılır.  Universitetimizin yeni tələbələri heç bir çətinlik çəkmədən, rahat və çox az bir müddətə qeydiyyatdan keçib, sənədlərini fakültə nümayəndələrinə təqdim edirlər. Bu ildən etibarən birinci kursa qəbul olunan tələbələrin sənəd qəbulu zamanı xarici dil və idman klubundakı idman növü seçimi üçün də ayrıca guşə yaradılmışdır.

Nəzərinizə catdırırıq ki, I kurs tələbələrinin qeydiyyatı avqustun 24-nə kimi davam edəcək. Qeydiyyat hər gün (istirahət günləri istisna olmaqla) saat 9:00-17:00-a qədər ATU-nun 5 saylı tədris korpusunda aparılır. Bu müddətin sonuna kimi qeydiyyatdan keçməyən tələbələr öz yerlərini itirmiş sayılır.

xural.com

1 1 (1) 2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button