Azərbaycan və Ermənistan nazirləri Qazaxıstanda görüşə bilər
Azad Avropa/Azadlıq Radiolarına
İcraçı prodüser
Sosial media reportyoru/prodüseri
Sosial media redaktoru
tələb olunur
“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.
AZƏRTAC-ın xəbərinə görə, bu fikri Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.
Şoltsun dəvəti ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladan dövlət başçısı daha sonra da əlavə edib: “Növbəti görüş Qazaxıstanda planlaşdırılacaq və beləliklə, sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq”.
Əliyev vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası başlanıb.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi üzündən Azərbaycan və Ermənistan arasında zaman-zaman hərbi toqquşmalar baş verib. Hazırda iki ölkə arasında sülh danışıqları aparılır.
Aprelin 25-də prezident İ.Əliyev Almaniyaya işgüzar səfərə gedib.
Əliyev orada “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.
Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) keçirilməlidir.