Azərbaycan və Özbəkistan aviareyslərin sayının artırılması barədə razılığa gəlib

Avqustun 22-də Azərbaycan və Özbəkistan prezidentləri İlham ƏliyevŞavkat Mirziyoyev arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, daha sonra isə onların iştirakı ilə iki ölkə arasında 20-ə qədər sənəd imzalanıb.

Sənədlər iki ölkə arasında Ali Dövlətlərarası Şurasının yaradılması və bir sıra sahədə əməkdaşlıq məsələlərini əhatə edib.

İki liderin mətbuata birgə bəyanatında da Özbəkistan prezidenti Şavkat Mirziyoyev deyib ki, onlar iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəlib.

“Əgər aviasiya haqqında danışsaq, deyə bilərik ki, bizdə həftədə 15 reys həyata keçirilir, biz isə daha da artırmaq barədə razılığa gəldik. Bu nə deməkdir? Bir-birimizə daha çox gedəndə biz tanıyırıq, öyrənirik, həm görüşürük, həm də yaxınlaşırıq”, – deyə Mirziyoyev əlavə edib.

Prezident İlham Əliyev isə öz növbəsində bildirib ki, Azərbaycan və Özbəkistan ictimaiyyətləri bugünkü danışıqların nəticəsini hər iki ölkədə layihələrin praktiki olaraq reallaşmasında görəcək.

Özbəkistan prezidenti avqustun 22-də Azərbaycana səfər edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button