Rubrikalar: GÜNDƏM XuralTAC

Azərbaycan vətəndaşlarının Naxçıvana gəlişinə qadağa qoyuldu

Naxçıvan Muxtar Respublikasına təyyarə uçuşları dayandırıldığından Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə Sədərək gömrük keçid məntəqəsindən keçməklə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınan Azərbaycan Respublikası vətəndaşlarının (ölkəmizin digər bölgələrindən olanlar) keçidini dayandırmaq tapşırılıb.

Virtualaz.org bildirir ki, bu barədə bu gün dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ilə birlikdə isə bütün xarici ölkə vətəndaşlarının muxtar respublikaya gəlişini dayandırmaq, həmçinin muxtar respublika ərazisinə bütün nəqliyyat vasitələrinin giriş-çıxışının dayandırılması, yalnız tranzit yüklərin daşınmasına icazə verilməsi, tranzit yük maşınlarının dezinfeksiya edilməsi, kiçik həcmli yüklərin sərhəd gömrük anbarlarında boşaldılması, sürücülərin mütəmadi yoxlanılması və onların hərəkət qrafikinə nəzarət edilməsi tapşırılıb.

Beynəlxalq Hava Limanından muxtar respublikaya gələn və gedən vətəndaşlar ciddi şəkildə yoxlanılmalı, Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi bununla bağlı Hava Limanına zəruri köməklik göstərməlidirlər.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

AŞPA məruzəçiləri əfv fərmanını alqışlayır, bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırırlar

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri  Stefan Sennax (Avstriya) və Rocer Qeyl (Böyük Britaniya), həmçinin Azərbaycanda siyasi məhbuslar üzrə…

10 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

İlk 10 min nəfərə 190 manat ödəndi-Video

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlandı, artıq 10 min işsizə vəsait ödənib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin…

10 Aprel 2020
  • GÜNDƏM
  • İQTİSADİYYAT
  • XuralTAC

OPEC+ölkələri ortaq qərara gəldilər: neft hasilatı azaldılacaq

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən görüşündə OPEC+ üzrə neft hasilatının gündəlik 10 milyon barel azaldılması barədə razılığa…

10 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

koronavirusla mübarizə üçün tibbi avadanlıq alınmasına 97 milyon manat ayrıldı

Prezident İlham Əliyev "Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin…

10 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Ruslan Əmirov həbs olundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ruslan Əmirov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin  211-ci maddəsi ilə 30 sutka…

10 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Bu gündən Azərbaycanda karantin rejimi sərtləşdirilir

Azərbaycanda karantin rejimi ilə əlaqədar xüsusi icazələrlə işə gedən insanların dairəsi aprelin 9-dan məhdudlaşdıırlır. Əmək müqaviləsi və xidmət göstərilməsi haqda…

10 Aprel 2020
Xural.COM