Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il keçir

Bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il keçir.

Rusiyada çarın devrilməsindən sonra, 106 il əvvəl Tbilisidə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərə bilib və 1920-ci il aprelin 27-də Rusiyanın silahlı təcavüzü ilə süqut edib.

Cümhuriyyətin bir çox qurucuları Azərbaycanın təkrar işğalından sonra mühacirət etmək məcburiyyətində qalıblar.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

1992-ci ildən Azərbaycanda mayın 28-i Respublika, 2021-ci ildən isə Müstəqillik Günü kimi qeyd edilir. Milli Məclisin 2021-ci il oktyabrın 15-də keçirilən iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib. 28 May – Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button